Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

BƏSİRƏTLİ KADRLAR GƏLƏCƏYİMİZDİR

BƏSİRƏTLİ KADRLAR GƏLƏCƏYİMİZDİR

 

 

 

BƏSİRƏTLİ KADRLAR GƏLƏCƏYİMİZDİR

 

Yenixeber.org: Sağlam cəmiyyət yaratmaq, dövlət qurmaq və onu idarə etmək həlli olduqca mürəkkəb bir məsələdir. 25 ildir qurduğumuz müstəqil dövlətimiz bir sıra çətinliklərlə qarşılaşmışdır. Həmin çətinlik özünü əsasən idarə etmədə sağlam təfəkkürlü kadrların çatışmazlığında göstərir. Həqiqəti etiraf edək ki, sovetlərdən qalma kadrlar idarə etmədə axsayır, gündəlikdə durub vacib məsələlərin tez bir vaxtda həllinə aid adekvad fikirlər söyləyə və kəsərli məsləhətlər, təkliflər verə bilmirlər. Onların beynində kecmiş ictimai quruluşdan qalma-maddi aristotal məntiq kök atmışdı. Şübhəsiz ki, bu kimiləri ilə müstəqil dövləti idarə etmək də mümkünsüz olur.

Bir qədər geriyə qayıtsaq həqiqəti daha aydın görə bilərik. Keçmiş ictimai quruluşda istehsal alət və vasitələri dövlətin mülkiyyətində olduğundan satış qiymətlərinə nəzarət edən Baş qiymətlər komitəsi, bundan yuxarıda isə MK-nın nəzdində olan Xalq Nəzarət Komitəsi fəaliyyət göstərirdi. Hec kimin ixtiyarı yox idi ki, satış qiymətlərini artırsın və yaxud azaltsın. Bəli hakimiyyətlə zəhmət insanlarını üz-üzə gətirən QiYMƏT əvvəllərdə yazdığım kimi barıt çəlləyi idi. Onunla oynamaq-artırmaq ictimai quruluşun darmadağın olması demək idi. Sovetlər birliyini dağıdan əsas amillərdən biri də əmək haqqı ilə dolanan əhalinin ərzaq məhsullarının qiymətlərinin artırılmasının qarşısını ala bilib, zamanla ayaqlaşa bilməyən mübarizə silahından məhrum olması idi.

Müstəqilliyimizi qan bahasına əldə etdikdən sonra onu dağıtmağa və şəxsi məqsədləri üçün vasitəyə cevirməyə çalışan qeyri sağlam qüvvələr dirçəlməyə başladı. Həmin qüvvələr əsasən üç formda talanlar qrupu yaratmış oldular.

Birincisı-küllü məbləğdə dövlətin nəqd pul vəsaitini mənimsəyən qrup ortaya çıxdı. “Oliqarxların 6 milyard maliyyə xəyanəti” haqqında 19.05.2015-ci il tarixdə “xeber info.com” saytı vasitəsilə xəbər yayıldı. Araşdırmalardan sonra məlum oldu ki, səkkiz nəfər şirkət sahibləri Azərbaycan Beynəlxalq Bankının sədri vasitəsi ilə kredit formasında götürdükləri nəqd pul vəsaitini geri qaytarmayıblar. Sonrakı araşdırmalar göstərdi ki, həmin məbləğ 10 milyard dollardır. Beləliklə ABB müflis oldu.

İkincisı-24.10.2015-il tarixdə “AzPolitika.info” “mtn-dəki rüşvət məbləğləri- Şok məlumatlar+ konkret adlar” kimi məlumatları ilə dövlət strukturlarında vəzifə sahibi olmaq istəyənlərdən yüz min dollarla məcburi qaydada rüşvət qopardılması haqqında yazılar dərc etdi. Hüquq mühafizə orqanları tərəfindən mtn üzrə aparılan istintaq işləri sübuta yetirdi ki, həmin nazirlik müstəqil dövlətə və xalqa qarşı dəhşətli təhlükə mənbəi imiş. Saytlardan verilən məlumatlara görə bu sahədə iki il ərzində aparılan obyektiv araşdırmalar, dindirmələr artıq başa çatdırılmışdır.

Üçüncüsü- yaşamaq üçün əmək haqqına və təqaüdə ümid olan vətəndaşlarımız marketlər tərəfindən quduzcasına və quldurcasına talanırlar. Vaxt aşırı marketin adını dəyişib ən aşağı keyfiyyətli yeyinti məhsullarının qiymətlərini get-gedə yüksəldirlər. 0.8 kq çəki və 1.60 manat dəyərdə pomidor turşusunun qyməti 1.71man. (qiymət 7% artıb), plastik qabda 0,4 kq cəkidə 1.60 man dəyərdə şor orta qiymətlə 2.00 manata (qiymət 25% artıb), 460 qramlıq çörəyin qiyməti 0.35 manatdan 0.40 manata(11.43% artıb) kimi yüksəlib. Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim bəy isə 250 manat məbləğdə pensiyanı 6.2% artırib? Səlim bəydən soruşuram- ən ucuz və ən aşağı keyfiyətli yeməyə daha hansı məbləğdə qənaət etməliyəm ki, Tanrının verdiyi ömürü yaşaya bilim?

Satış qiymətlərini artıran Market sahibləri, Dövlət Tarif şurası ! QİYMƏT yarışnda asta qaçın, ehtiyatlı olun, birdən budrəyib yıxılar və şikəst olarsız. Bəs onda bizim “qayğımıza” kim qalar? Səlim bəy, bu kimi yarışda həmişə geridə qaldığınız haqda nə vaxt düşünəcəksiniz? Faktlar göstərir ki, bu sahədə bilginiz çatışmır. Yeganə məqbul yolunuz vəzifənizdən sürüşməkdir.

Yuxarı dairələrdəki vəzifəli moşenniklərə söykənən bax bu kimilər “yaratdıqları” marketlərdə xalqı talan edib haramlıqla qazandıqlarını Avropanın məkəzindəki qumarxanalara qoyur, ofşor hesablarda gizləyir, Dubayda və Böyük Britaniyada bahalı mülklər,saraylar sahibi olurlar. “Dadanan qudurandan betər olur” demişlər. Bunların beynindən maddi aritotal məntiqi silmək mümkünsüzdür. Yeni sağlam nəsli , dərindən və tez anlayan bəsirətli-idraklı kadrları yetişdirmək üçünsə bizə minimum 50 il vaxt lazımdır.

İdarə etmədə çətinliklərin qarşısını almaq üçün gənc Dövlətimizin Prezidenti bəsirətli kadrların seçilib yerləşdirilməsi üçün sərəncam vermişdir. Sərəncama diqqət yetirək. “APA-nın məlumatına görə Azərbaycan Prezidenti İlham Əliyev 30 may 2017-ci ildə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası strukturunun təstiqi və işçilərin say həddinin müəyyən edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən PA-nın strukturu yenidən təşkil edilib, işçilərin say tərkibi 410 ştat vahidi müəyyənləşdirilib” (24.01.2018 AzPolitika info).

Prezident rspublikamızın elm fatehlərini , işgüzar insanlarını xoş gələcəyə səsləyib deyir: ”Yeni ideyalar haqqında düşünməliyik”.

Bir vətəndaş olaraq yüksək əzmkarlıq fəaliyyətində olan Prezidentimizə uğurlar arzulayıram.

Quliyev Elxan Sarı o. 14.02.2018-ci il.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam