Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İbrahim Kalın:“Fövqəladə şəraitdə zərurət yaranarsa..."

 

 

İbrahim Kalın deyib ki, Bəşşar Əsəd rejiminə mesajlarını Rusiya və İran vasitəsilə çatdırırlarTürkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın

“Bizim Dəməşqdəki rejimlə rəsmi təmas qurmağımızdan söhbət gedə bilməz və bu müzakirə mövzusu deyil”.

Yenixeber.org: “Haberler”ən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.

“Astana çərçivəsində 3 təminatçı dövlətdən biri olaraq, Suriya ərazisində baş verən hadisələri əlaqələndirmək üçün mexanizm yaratmışıq. Vaxtaşırı olaraq bu mesajlar Rusiya və İran vasitəsilə Dəməşqdəki rejimə də çatdırılır”, - o, vurğulayıb. 

İ.Kalın bildirib ki, bu çətin və dolayı bir mexanizmdir: “Fövqəladə şəraitdə zərurət yaranarsa kəşfiyyat qurumumuzun birbaşa və ya dolayı yolla təmas qurması mümkündür. Ancaq Ankara-Dəməşq arasında siyasi və başqa sahələrdə birbaşa təmas qurulmasından söhbət gedə bilməz”.

Qeyd edək ki, BMT Suriyada Bəşşar Əsəd hökumətini tanıyır. Amma rəsmi Ankara onun legitimliyini qəbul etmir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam