Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azad Rəhimovun oğlu Vitali Kliçkoya Bakıda 5 otaqlı mənzil hədiyyə edib– Araşdırma

Azad Rəhimovun oğlu Vitali Kliçkoya Bakıda 5 otaqlı mənzil hədiyyə edib

 

 

Ukraynanın paytaxtı Kiyevin meri, tanınmış siyasətçi və boksçu Vitali Kliçkoya Bakıda 5 otaqlı mənzil hədiyyə olunub. V.Kliçkoya mənzil Bakıya sonuncu gəlişi zamanı verilib

 

 

Yenixeber.org: Belə ki, ötən ilin oktyabr ayında Dünya Boks Şurasının (WBC) Bakıda işinə başlayan 55-ci Konvensiyasında iştirak etmək üçün Vitali Kliçko Azərbaycana gəlib. Həmin tədbirdə Dünya Boks Şurasının (WBC) prezidenti Maurusio Süleyman, məşhur boksçular – Vitali Kliçko və Evander Holifild Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova çempion kəməri hədiyyə ediblər.

Azad Rəhimovun oğlu Vitali Kliçkoya Bakıda 5 otaqlı mənzil hədiyyə edib

 


Evander Holifild, Azad Rəhimov və Vitali Kliçko / Foto © APA Holding

Həmin tədbirdən sonra nazir Azad Rəhimov və oğlu Arif Rəhimov qonaqlar – Vitali Kliçko, Maurusio Süleyman və Evander Holifild Bakıdakı Teleqüllə restoranında axşam yeməyində bir araya gəliblər. Ziyafət zamanı Azad Rəhimov Evander Holifild və Maurusio Süleymana bahalı İsveçrə saatı hədiyyə edib. Nazir oğlunun Vitali Kliçkoya hədiyyəsi isə, gözlənilməz olub. Belə ki, Arif Rəhimov Bakıda sahibi olduğu “Renessans Palace” yaşayış kompleksindən 5 otaqlı mənzilin açarını Vitali Kliçkoya uzadaraq həddiyyəsini təqdim edib.

Azad Rəhimovun oğlu Vitali Kliçkoya Bakıda 5 otaqlı mənzil hədiyyə edib

 


Vitali Kliçko

► Nazir oğlunun Kievin tikinti bazarında girişi …

Şam yeməyi zamanı Arif Rəhimov təsisçisi olduğu “AS Group” şirkəti tərəfindən Bakıda həyata keçirilən meqa layihələr haqqında məlumat verib. Nazir oğlu Vitali Kliçokdan Ukrayna tikinti bazarına girmək üçün kömək istəyib. Sonunçu Arif Rəhimovun bu istəyinin mümkün olduğunu bildirərək işi danışmaq üçün onu dekabr ayında Kievə dəvət edib.

Azad Rəhimovun oğlu Vitali Kliçkoya Bakıda 5 otaqlı mənzil hədiyyə edib

 


“Renessans Palace”

Məlumat üçün üçün qeyd edək ki, Arif Rəhimov bir çox məşhur şirkətin təsisçiliyini edən gənc iş adamlarından sayılır. O, “AS Group” şirkətlər qrupunu  2003-cü ildə qurub.  Şirkətlər qrupu dövlət və özəl sektorda kompleks layihələr həyata keçirir. Buna infrastruktur layihələrinin həyata keçirilməsi, mülki, inzibatı və sənaye obyektlərinin tikintisi daxildir. Şirkət eyni zamanda çınqıl, qum, armokarkas, beton və beton məhsullarının, dəmir-beton məmulatlarının iri istehsalçısıdır. “AS Group”-a “AS İnşaat”, “AS Tikinti”, “AS Georgia”, “AZBesix”, “Alkoholl”, “AS AGRO KO” törəmə şirkətlər daxildir.

Şahin Mövsumov adlı şəxsin rəhbərlik etdiyi şirkət Bakıda 4 böyük yaşayış kompleksi tikib. Onlar “Renessans Palace”, “Dirsi”, “Park Residence”, “Villa Siena”-dır. Vitali Klçikonun mənzil hədiyyə aldığı “Renessans Palace”  Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşdir. 18 mərtəbəli binada orta təmirli mənzilin qiyməti  500 -700 min manat arasındadır.

► Kimdir Arif Rəhimov?

Arif Rəhimov 12 ildir Azəbryacanın gənclər və idman naziri olan Azad Rəhimovun yeganə övladıdır. Orta məktəbi Bakıda bitirən, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan Arif Rəhimov ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. Azərbaycan, rus və ingilis dillərini bilən Arif Rəhimov 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib.

Azad Rəhimovun oğlu Vitali Kliçkoya Bakıda 5 otaqlı mənzil hədiyyə edib

 


Arif Rəhimov

2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləmiş Arif Rəhimov sonradan “DDLAR GROUP” adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir. Arif Rəhimov yuxarda da qeyd etdiyimiz kimi bir çox məşhur şirkətlərin sahibidir. Hazırda həmin şirkətlərə özünün təyin etdiyi adamlar rəhbərlik edir.

Bununla paralel Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin də rəhbəridir. Yeri gəlmişkən, “Baku Grand Prix” şirkəti 2016-cı ildən Bakıda keçirilən dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin – “Formula 1” in “Qran Pri” yarışının təşkilatçısıdır.

Arif Rəhimov evlidir və hazırda Londonda yaşayır.

 

Fərhad Çağtürk/ AzEuroNews/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam