Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

İORDANİYA KRALI MOSKVAYA HANSI XAHİŞLƏ GETMİŞDİ?–Hamının hamıya qarşı olduğu yeni Yaxın Şərq müharibəsi qorxusu

Şəhab Məkahlə

“Əl-Ərəbiyyə”

 

Fevralın 15-də təyyarə Moskvada eniş etdikdə, kral Rusiya mətbuatına belə açıqlama verib: "Mən Rusiyanın bir dostu olaraq əziz dostum, sevimli qardaşım prezident Putini görəcəyimdən çox xoşbəxtəm”. Bu bəyanatla kral II Abdullah Rusiya dövlət başçısı Vladimir Putinlə görüşə başlayıb.

Yenixeber.org: Kral yarana biləcək regional müharibə, bəzi ölkələrin döyüşlərdə müəyyən nöqtə və sahələrdə istifadə edəcəyi qeyri-ənənəvi silahlardan istifadəyə dair iordaniyalıların qorxularını açıqlayarkən, ifadələrin düzgün seçilməsi vacib idi.

Bəzi Qərb diplomatları da kralın Moskva ziyarətinə maraqlarını açıq şəkildə göstərib. Onlar əsas səbəbin bölgədəki əhatəli müharibəyə dair İordaniyanın bəsirəti olduğunu və bu savaşın Yaxın Şərqin yaralarına duz əlavə edərək, yalnız regional deyil, beynəlxalq gücləri də əhatə edəcəyini bildirib.

Putin bilir ki, İordaniyanın gücü – bölgədəki oyunçularla diplomatik əlaqələri işə salaraq, önləyici və taktiki tədbirlər görməkdədir.

Həm İordaniya, həm də Rusiya liderlərinin qarşılıqlı marağı ən yüksək səviyyədə gələcək əməkdaşlığı ehtiva edir.

 

Suriya münaqişəsi

 

Kral II Abdullah Suriya münaqişəsinə cəlb edilmiş bir çox ölkələrlə dost və birmənalı şəkildə məqsədyönlü əlaqələr qurmağa müvəffəq olub. Rəsmi Əmman Suriyada Vaşinqton və Moskva arasında əməkdaşlığın yeganə nümunəsidir. Ancaq bu, Suriya müharibəsində müxtəlif regional və beynəlxalq oyunçuların siyasətini balanslaşdırmaqdan başlayaraq İordaniyanı bir çox çətinliklərə üzləşdirib.

2004-cü ildə Tehrandan Beyruta qədər bölgədə İran və ya “şiə hilalı”na dair ilk xəbərdarlığı edən ilk padşah, İran liderləri ilə güclü əlaqələri olan Rusiya prezidentini inandırmağa çalışıb ki, Tehranı İordaniyanın hüdudları yaxınlığında, Suriya-İsrail sərhədlərində hər hansı gələcək müharibədən çəkindirsin. Çünki həmin halda, bu bölgədə hər bir ölkə savaşa girəcək və hər an başlaya biləcək müharibəyə heç kim son qoya bilməyəcək.

Kral İordaniyanın şimal sərhədləri yaxınlığında gərginliyin artırılması cəhdinin qarşısını almaq üçün Rusiyaya yalnız iordaniyalıların mesajını çatdırmayıb. Bu həm də müharibənin hamını dalana sürükləyəcəyi və bütün tərəflər üçün zərərli olacağını bildirən regional ismarışdır.

Beləliklə, İordaniya hökmdarı Rusiyadan dəstək almağa çalışıb, çünki Rusiya Suriya münaqişəsində təsirli oyunçudur.

Kral Abdullah əmindir ki, bütün hərbi və maliyyə yardımlarından sonra İran Suriyanı tərk etməyəcək. Bu, İran liderlərinin Bəşər Əsədi dəstəkləmə qavrayışıdır. Dron hücumu hadisəsi və İsrail “F-16”-nın vurulması göstərir ki, yalnız Rusiya bütün oyunçulara, o cümlədən İrana nəzarət edə bilər.

İran, Suriya və İsrailin müharibəyə girişməsi, bunun Suriyadakı “böyük partlayış”a və regional səviyyədə müharibəyə çevrilməsinə şərait yaratdığını anladıqda, kral Abdullah bu yeni inkişafı öz gündəminə daxil edib, halbuki səfər hazırlığı bir neçə həftə əvvəl görülüb.

 

“Böyük partlayış”

 

Suriyada "böyük partlayış" bölgəni anarxiya halına gətirəcək. İstənilən müharibə bölgənin sərhədlərini müəyyənləşdirmək üçün bir-birinə qarşı döyüşən dövlətlərin meydanına çevriləcək və daha çox qan tökülməsinə səbəb olacaq. Amma onun nə zamanın bitəcəyini bilmirik.

İordaniya hökmdarı prezident Vladimir Putini inandırmağa çalışıb ki, iranlıları İsraillə dolayı danışıqlara cəlb etməyə razı salmalıdır, əks halda, regional müharibədən yayınmaq mümkün olmayacaq, bu, bütün ölkələrdə ağır itkilərə səbəb və Yaxın Şərq onilliklərlə qeyri-sabitliyinə düçar olacaq, fanatizm və terrorçuluq bölgə sərhədlərini keçəcək.

Kralın fikrincə, Moskva, bir tərəfdən, Suriyada Rusiya hərbi iştirakı səbəbindən İrana təsir edə biləcək yeganə aktyordur, digər tərəfdən, Suriya hava məkanını qorumaq üçün istifadə olunan raketlər Rusiya istehsalıdır.

İordaniyanın həssaslığını dəstəkləmək üçün Əmman Rusiya ilə əməkdaşlığa ehtiyaclı və bu qarşılıqlıdır.

 

Qüds məsələsi

 

İordaniya hökmdarı Şərqi Qüdsdəki müqəddəs məkanlar üzərində İordaniyanın qəyyumluğunu dəstəkləyən Putindən impuls qazanmaq və yeni dəstək almaq üçün bu səfərə çıxmışdı.

Moskva səfəri ərəfəsində padşah ABŞ dövlət katibi Reks Tillersonu qəbul edib. İordaniyalıların Amerika prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması qərarının rədd etməsinə baxmayaraq, kral Abdullah ABŞ-İordaniya əlaqələrinə sədaqətini təkrarlayıb. Bir neçə gün əvvəl İordaniya özü üçün beş illik Amerika yardımını təmin edib.

İordaniyanın Qüdsdəki müqəddəs məkanlar üzərində tarixi qəyyumluğu Əmmanı müqəddəs şəhərin statusu ilə bağlı dəyişikliklərə və yeniləmələrə çox həssas edir. Bu, ABŞ-la 2017-ci ildən etibarən yaranan çatın əsas səbəbidir.

 

İordaniya üçün alternativ

 

İordaniya üçün israillilər və fələstinlilər arasında ikidövlətli həllin alternativi yoxdur. Bu, münaqişəni bitirməyə dair yeganə həll seçənəyi kimi qəbul edilir. Bu baxımdan, İordaniya yalnız Amerikanın dəstəyini deyil, Rusiyanı da dəstəyini almağa çalışır.

Xatırladaq ki, İordaniya Fələstin-İsrail münaqişəsinin həll edilməsi və Suriya müharibəsinə son qoyulması və terrorizmlə mübarizə yolu ilə regiona sülh gətirmək üçün öz kartları ilə oynayır. Hər iki paytaxt Yaxın Şərqin gələcəyini formalaşdıra biləcəyindən regionda dominant hakimiyyətə malik Moskva və Vaşinqtondan dəstək olmadan bu həyata keçirilə bilməz.

Kralın Moskvaya səfəri uğurlu olub və o, səltənətin və Yaxın Şərqin sabitliyini təmin etmək üçün Rusiya rəhbərliyindən çox müsbət siqnallar alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam