Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bəşər Əsədə bağlı ordunun Afrinə girməməsinin səbəbi məlum olub

 

 

Türkiyə Prezident Administrasiyasının sözçüsü: “Bəzi çirkin və gizli razılaşmaların olduğu da istisna deyil”

Yenixeber.org: Suriyada Bəşər Əsədə sadiq ordunun Afrinə girmək məsələsində terrorçu PKK-nın qollarından biri olan YPG ilə razılaşma əldə edə bilməməsinin səbəbi məlum olub.

“Haber7” xəbər verir ki, Rusiyanın vasitəçiliyi ilə Suriyanın Hələb əyalətinin Şehba qəsəbəsində B.Əsədin nümayəndələri ilə YPG təmsilçiləri arasında görüş keçirilib. Amma tərəflər B.Əsədə sadiq ordunun Afrinə girməsi məsələsində razılıq əldə edə bilməyiblər. 

Məlumata görə, B.Əsədin təmsilçiləri PKK/PYD/YPG terrorçularının silahlarını təhvil vermələri və təslim olmaları ilə bağlı şərt irəli sürüb, ancaq qruplaşma rəhbərliyi bunu qəbul etməyib. Bununla belə B.Əsəd rejimi ilə terrorçular arasında müzakirələrin davam etdiyi bildirilib.

Terrorçular Afrinə heç kimi rəsmi olaraq, dəvət etmədiklərini, Türkiyəyə dəstək vermək istəyənlərə qarşı olacaqlarını vurğulayıblar.

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da “Əsədlə PKK Afrin məsələsində anlaşıb” iddiasına münasibət bildirib. O deyib ki, bunun təbliğat xarakterli olduğu açıq-aşkardır. “Amma bəzi çirkin və gizli razılaşmaların olduğu da istisna deyil. Kimin nə etməyindən asılı olmayaraq, "Zeytun budağı" əməliyyatı planlaşdırıldığı kimi davam edəcək və hədəfinə çatacaq”.

Qeyd edək ki, fevralın 19-da Bəşşar Əsədə bağlı silahlıların Afrinə girəcəyi və bu məsələni terrorçularla razılşadığına barədə məlumat yayılmışdı. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam