Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Samir Abasov “od püskürdü”:Özümüzü alçaldılmış hiss edirdik

Samir Abasov “od püskürdü”:

 

 

"Həddən artıq həyəcanlı matç idi. Müəyyən səbəblər, son olaylar daha aqressiv oyuna məcbur etdi"

 

Yenixeber.org: Bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.

Azərbaycan Premyer Liqasının XVI turunda doğma meydanda "Neftçi" ilə qarşılaşan "Kimyaçılar" 2:0 hesablı qələbə qazanıblar.

Oyundan sonra fikirlərini açıqlayan gənc mütəxəssis sualları da cavablandırıb: "Bu gün özümüzü sübut etməyə çıxmışdıq. Sumqayıt şəhərini təmsil edirik, azərbaycanlı balalarından yığılmış komandayıq, bizimlə də hesablaşın. Uşaqlara demişdim ki, son oyun kimi çıxın, göstərin ki, nəyə qadirsiniz. İmkanım olsaydı, əsas heyətdə özüm də çıxardım. Amma görünür ki, bu gün onlar məndən yaxşı oynadılar. Hamısının alnından öpür, təşəkkürümü bildirirəm. Bu gün oyun barədə danışmaq düzgün deyil. Nə olmuşdusa, oyunadək baş vermişdi ki, bu da belə çıxışa gətirib çıxardı".

- Baş hakimə qarşı aqressiyanız nədən qaynaqlanırdı?

- Səbəb oyundan əvvəl baş verənlər idi. Həmin epizodda topu vurdum. Hakimə dedim ki, belə etmə, onsuz da vəziyyətimiz yaxşı deyil. Referi məni kənarlaşdırmaqda haqlıdır. Mən isə düzgün olmayanı etdim və cəzamı aldım.

- Son olaylar səbəbindən özünüzü tərk edilmiş saymırsınız?

- Əslində bu barədə düşünürdüm. Bu vaxtadək də bir mən idim, bir də komanda.

- Sizə elə gəlmirdi ki, bu, qurulmuş bir ssenari idi ki, "Sumqayıt"ı avrokuboklardan kənarda qoysunlar?

- Bilmirsən ki, danışdıqlarımızı kimə ünvanlayaq? Azərbaycan deyirsinizsə, bu da Azərbaycan komandasıdır. Azərbaycanlı uşaqlardan yığılan kollektivdir. Rəqabət aparırıqsa, meydanda aparaq. "Neftçi"nin futbolçularına qarşı pis fikrim yoxdur. Çoxusu ilə birgə oynamışam, aramızda hörmət var. Klub prezidentimiz gedib, Allah işini avand etsin. Yenə kim gedəcəksə, işləri avand olsun.

- Siz olsaydınız, belə bir vəziyyətdə gedərsiniz?

- Məni kimdi prezident seçən?

- Oyundan vitse-prezident ilə saatyarımlıq görüşünüz oldu. Klub rəsmisi ilə nə danışdınız?

- Rəhbərlik narahat idi ki, ruh düşkünlüyü ola bilər. Sadəcə, söhbətdə məqsəd bizi sakitləşdirmək idi. Əslində özümüz artıq motivasiya olmuşduq. Doğrudan da döyüşdük.

- Bundan sonra klubdan yenə kiminsə gedəcəyi gözlənilir?

- Futbolçuları deyə bilmərəm, amma rəhbər işçilərdən kimlərsə gedə bilər. Kamran müəllimlə aramız istidir. Oyundan sonra da məni təbrik etdi. Biz özümüzü oyunqabağı alçalmış kimi hiss edirdik. Qoy, indi kimlərsə özlərini o cür hiss etsinlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam