Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

SAAKAŞVİLİ ÜÇÜN “UKRAYNA ERASI” BAŞA ÇATDI?-"Deutsche Welle": "Mixonun siyasi karyerasındakı ən maraqlı mərhələ hələ indi başlayır"

"Deutsche Welle" (Almaniya)

 

Yenixeber.rog: Saakaşvilinin son iki ayda dediyi baş verdi. Fevralın 12-də onu Ukraynadan Polşaya deportasiya etdilər. Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlıları Gürcüstanın keçmiş prezidentini Kiyevin mərkəzində "Suluquni" restoranında ələ keçirərək təyyarə ilə Ukraynaya daxil olduğu (Ukrayna vətəndaşlığından məhrum ediləndən sonra) ölkəyə  göndərdilər.


90-lar tərzində "Maski-şou" 

 

Saakaşvilinin Ukrayna paytaxtının mərkəzində saxlanılma şəkli 90-ların "maski-şou"sunu xatırlatdı. İçərisində silahlılar olan bir neçə avtobus siyasətçinin olduğu restorana yaxınlaşdı. Saakaşvilini ələ keçirib gözlərini bağladılar, vertolyotla Borispol hava limanına, oradan da çarter reysi ilə Varşavaya göndərdilər.

Əgər bu, keçmiş Gürcüstan prezidenti olmasaydı, belə təəssürat yaranardı ki, Ukrayna paytaxtında beynəlxalq miqyaslı terrorçunun saxlanılması üçün əməliyyat keçirilir. 

Bu nümayişkaranə əməliyyat hakimiyyətin susqunluğu ilə müşayiət olundu. Düz üç saat heç kim bilmədi ki, Saakaşvili kimə təhvil verilib – Daxili İşlər Nazirliyinə, Ukrayna Təhlükəsizlik Xidmətinə, yoxsa Federal Təhlükəsizlik Xidmətinə.

Keçmiş prezidentin Ukraynadan çıxarıldığı barədə rəsmi məlumat yayılanda heç kim izah etmədi ki, bu prosedur niyə bu cür sərt şəkildə həyata keçirilib. 

Saakaşvili keçmiş prezidentdir və onu bütün dünyada tanıyırlar. Amma onunla cinayətkar-residivist kimi davrandılar. Gözlərini bağlayıb ölkədən qovdular.

Aydın məsələdir ki, hakimiyyət Saakaşvilinin tərəfdarlarının reaksiyasından ehtiyat edirdi. Onlar keçmiş prezidentin deportasiyasına mane ola bilərdilər. 

Hamımız xatırlayırıq ki, ötən ilin dekabrında tərəfdarları içərisində Saakaşvilinin olduğu mikroavtobusun qarşısını necə kəsmişdilər. 

Restorandan zorla çıxarıb aparmaqla hazırkı hakimiyyət göstərdi ki, Saakaşvilidən tezliklə qurtulmaq istəyir. Ona hətta əşyalarını yığmağa belə, imkan vermədilər. 

Son yarım ildə Ukrayna hökuməti ilə Saakaşvili arasında baş verən qarşıdurma məntiqdən kənar idi. Ötən ilin iyulunda prezident Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etdi. Halbuki vətəndaşlığı ona elə özü vermişdi. 

Sonra Mixonun sərhədi keçərək Ukraynaya qayıdışı ilə bağlı uzun hekayə yaşandı. Tərəflər arasında qarşıdurmanın pik nöqtəsi Saakaşviliyə dövlət çevrilişinə cəhd ittihamının irəli sürülməsi oldu. İddia olundu ki, Saakaşvili bunu Yanukoviçə yaxın məmurlardan birinin – Sergey Kurçenkonun maliyyə dəstəyi ilə edir. Bunun ardınca məhkəmə prosesləri oldu və keçmiş prezident günahsız olduğunu isbat etməyə çalışdı. 

Saakaşvilinin ölkədən çıxarılması ilə başa çatan bu əhvalat Poroşenkonun Gürcüstanın keçmiş prezidentini Ukraynaya dəvət etməklə yol verdiyi səhvi düzəltmək cəhdinə bənzəyirdi. 

"Spetsnaz"dan qaçmaq üçün damlarda gəzən, həbs olunan və azadlığa çıxan, Kiyev küçələrində marş və etirazlar təşkil edən qəhrəman… Son yarım ildə Ukrayna hakimiyyətinin Saakaşvili ilə bağlı etdikləri qəribə və gülməli görünürdü. 

Əgər Pyotr Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından çıxarmaq avantürasına getməsəydi, Gürcüstanın keçmiş prezidenti çətin ki Kiyevin mərkəzində etirazlara rəhbərlik edərdi. 

Poroşenkonun Saakaşviliyə qarşı şəxsi zəmində mübarizəsi sonuncunu artıq Ukraynanın bir parçası olan və hazırkı hakimiyyətə alternativ sayılan siyasətçiyə çevirdi.

Deportasiya Saakaşvilinin Ukrayna siyasətində karyerasının başa çatması demək deyil. Əksinə, onun təqib olunması ilə karyerasındakı ən maraqlı mərhələ yenicə başlamış olur.  Və keçmiş Gürcüstan prezidentinin Ukraynaya qayıdışı kim bilir, necə olacaq?!

 

Söz verdi ki, qayıdacaq…

 

Ukrayna Baş Prokurorluğu dövlət çevrilişinə cəhd kimi ağır cinayətdə ittiham olunan Saakaşvilinin ölkədən çıxarılmasına qiymət verməlidi. Ən azından, aydınlıq gətirməlidir. 

Baş prokuror Yuri Lutsenkonun cinayətkar adlandırdığı şəxs niyə çarter reysi ilə Varşavaya göndərildi? Bu, Ukrayna Baş Prokurorluğunda Saakaşvilinin təqsirli olmasına dair kifayət qədər sübutun olmaması anlamına gəlmirmi? 

Deportasiya ilə bağlı bu tələskənlik nəyə lazım idi? İstintaq başa çatandan sonra Ukrayna necə davranacaq? Keçmiş prezidenti Polşadan geri istəyəcək? 

Və ən əsası. Kimsə hesab edirsə ki, ölkədən çıxarmaqla Saakaşvilinin Kiyevdəki etiraz aksiyalarına təsirini yox edəcəklər, çox yanılır. Hələ bəlli deyil ki, Mixo harada daha çox təhlükəli ola bilər – Ukraynada, yoxsa ondan kənarda. 

Saakaşvili ilə bağlı baş verənlər təkcə Ukraynanın daxili işi deyil. Onun Qərbdə nüfuzu var. Və aydın məsələdir ki, Qərb onun Ukrayna hökuməti ilə bağlı qiymətləndirməsinə qulaq asacaq. Üstəlik özü də Varşavaya çatan kimi, söz verdi ki, Ukraynaya geri qayıdacaq. 

Bizi Saakaşvilinin iştirakı ilə hələ çox uzun serial gözləyir. Ukraynada onun tərəfdarları, siyasi partiyası qalıb. Hakimiyyət əleyhinə aksiyalara çıxmağa hazır olan insanlar qalıb.

Çətin ki, Saakaşvili Poroşenkoya təslim ola. Onun üçün indi ən prinsipial məsələ Ukraynaya "ağ atda" qayıtmaq və günahsızlığını sübut etməkdir…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam