Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

PUTİNİN UZUNÖMÜRLÜLÜYÜNÜN SİRRİ:Kreml elitasını iqtidarda saxlayan üç iksir

Kris Miller

“Foreign Affairs” (ABŞ)

 

2014-cü ilin sonunda "Time" jurnalının baş məqaləsi belə idi: "Putin Rusiya iqtisadiyyatı ilə birgə çökür". Həmin ildən üç il keçib, neftin qiyməti – Rusiya büdcəsinin yarısını maliyyələşdirən əmtəənin dəyəri o vaxtdan ikiqat azalıb. Elə 2014-cü ildən etibarən Qərb Rusiya banklarına, enerji şirkətlərinə və müdafiə sektoruna sərt iqtisadi sanksiyalar tətbiq edərək, Rusiyanın ən böyük şirkətlərini beynəlxalq bazarlar və yüksək texnologiyalı neft qazma qurğularından məhrum edib. Bir çox analitiklər – istər Rusiyada, istərsə də xaricdə – iqtisadi böhranın Vladimir Putinin hakimiyyətini təhdid edə biləcəyini düşünürdü. İndi belə görünmür.

Yenixeber.org: Bu gün Rusiyanın iqtisadiyyatı sabitləşib, inflyasiya tarixi minimum səviyyəsindədir, büdcə, təxminən, balanslaşdırılıb və Putin martın 18-də yenidən, dördüncü müddətə seçilməyə doğru yol alıb.

Putin İosif Stalindən sonra ən “uzunömürlü” sovet lideri Leonid Brejnevi arxada qoyub. İqtisadi sabitlik 80% civarında olan dəstək reytinqini təmin edib. Putinomika (Putin iqtisadiyyatı – tərc.) Rusiya prezidentinin təkrarlanan maliyyə və siyasi zərbələrdən xilas olmasına şərait yaradıb.

O, bunu necə edib?

Üç prinsipli iqtisadi strategiya sayəsində Rusiya neft qiymətinin azalması və Qərb sanksiyalarının ikili qısqacından xilas olub. Birincisi, diqqəti makroiqtisadi sabit borc və inflyasiya səviyyəsinə yönəldib. İkincisi, hətta aşağı əmək haqqı və ya nisbi iqtisadi artım, cüzi işsizlik və davamlı pensiya təminatı hesabına xalqın narazılığını yatırıb. Üçüncüsü, özəl sektorun haradasa siyasi məqsədlərə zidd olmayan səmərəliliyinin artmasına imkan verib.

Bu strategiya Rusiyanı zənginləşdirməyəcək, lakin ölkəni – sabit, hakim elitanı – hakimiyyətdə saxlayır.

Deməli, Putinin həqiqətən iqtisadi strategiyası var?

Putinin siyasi uzunömürlülüyünün ümumi izahı budur ki, Rusiyanın neft gəlirləri ölkəni suyun üzündə saxlayır, amma Rusiya iqtisadiyyatı iqtisadi idarəetmə bacarığından daha çox korrupsiyası ilə tanınır. Kreml fərqli iqtisadi siyasət qəbul edə bilərdi, lakin bəzi alternativlər Putinin hakimiyyətini davam etdirməsini çətinləşdirərdi.

1999-cu ildə, Putin ilk dəfə prezident olarkən, Rusiyanın necə göründüyünü xatırlayın: orta gəlirli ölkə, neft gəlirləri ÜDM-in böyük payını təşkil edir. Gənc polkovnik-leytenantın rəhbərlik etdiyi ölkə iqtidarı gücləndirmək üçün təhlükəsizlik xidmətlərindən istifadə etməyə başlayır. Böyük biznes və oliqarxların onun qaydalarına əməl etməsi üçün ədalətli və ya pis bir şəkildə demokratik legitimlik mantiyasını geyir…

Bu, hələ də azalmış neft gəlirlərindən asılı olan, iqtisadiyyatını siyasi şıltaqlıqlar yox, qaydalara əsasən qurmaqda müvəffəq olmamış, avtokratik rejim tərəfindən idarə olunan Çaves Venesuelasını xatırladır. Fərq budur ki, Çaves neft hasilatının yanlış idarəedilməsi ilə müşayiət olunan bum və qiymətlərə bərbad nəzarətin yaratdığı istehlak malları çatışmazlığı zamanı tələsik qərarlar çıxarırdı. Halbuki Dünya Bankının hesablamalarına görə, 1999-cu ildə Venesuela Rusiyaya nisbətən adambaşına düşən gəlirə görə daha zəngin idi.

Şübhəsiz, heç kim Rusiyanın bu gün Venesuelanın gününə düşəcəyini düşünmürdü…

Əslində, 1999-cu ildə bəzi müşahidəçilər Venesuelanın nicat tapacağını fikirləşirdi. O vaxtlar kredit reytinq agentlikləri Venesuela hökumətinə Rusiyaya nisbətən borc verməni daha təhlükəsiz sayırdı.

Hazırda Venesuelada müşahidə olunan iqtisadi problemlər istehlak çatışmazlığı, ümidsiz inflyasiya və ərzaq tələbatının hərbi paylanış üsulu – XX əsr Rusiyasının hekayətidir.

1999-cu ildə bu kədərli tarixin XXI əsrdə də davam etməyəcəyini düşünmək üçün çox az səbəb vardı.

Bu gün Rusiya və Venesuelanı müqayisə edən az adam var. Çünki iki ölkənin baş polkovnik-leytenantları çox fərqli strategiyalara sahibdir.

Kremlin resursları toplamaq və paylamaq bacarığı Rusiya elitasının, təxminən, 20 ildir hakimiyyəti niyə saxlaya bildiyini və xaricdə niyə uğurla tətbiq etdiyini izah edir.

Neftlə “işləyən” bir çox diktatorluqlar neft gəlirlərini “Ferrari” maşınları və “Fendi” çantalarına xərcləyir. Rusiyanın nümunəvi oliqarxiyası isə, əlbəttə, pullarını Britaniya futbol komandalarının səhm payına və raket müdafiə sistemləri ilə silahlanmış yüz milyon dollarlıq yaxtalara sərf edir. Ancaq 2000-ci illərdə neft qiymətləri düşəndə Rusiyada ehtiyat fondlarına xeyli vəsait yığmışdı. Kremlin iqtisadi siyasəti, tez-tez təsvir edildiyi kimi, yalnız neft gəlirlərinin oğurlanması və səhvlərlə müşayiət olunmur, əks halda, onun rəhbərləri xaricdə iki müharibə (Suriya və Ukrayna – tərc.) apara-apara hakimiyyətdə qala bilməzdi.

İqtisadi siyasətdə Kremlin məqsədi ÜDM-i və ya ev təsərrüfatlarının gəlirlərini maksimum səviyyəyə qaldırmaq deyil. Belə bir hədəf çox fərqli bir siyasət tələb edərdi.

Kremlin evdə qüvvəsini və xaricdə mütəhərrikliyini saxlaması üçün putinomikanın üç prinsipli strategiyası işə salınıb: makroiqtisadi sabitlik, əmək bazarının sabitliyi və strateji əhəmiyyətli sektorlara dövlət nəzarəti.

Makroiqtisadi sabitliklə başlayaq.

Rusiya – iqtisadiyyatının idarə olunması üzrə BVF-dən yüksək qiymət almış nisbətən nadir kleptokratiyadır. Niyə? Çünki Putinin iqtidara gəlişi dövründə başlayaraq, o və Rusiya elitası ümumi mənada daha çox diqqəti borcların ödənilməsi, qiymətlərin aşağı səviyyədə saxlanılması və inflyasiyanın məhdudlaşdırılmasına yönəldib.

1991 və 1998-ci illərdə baş verən dağıdıcı iqtisadi fəlakətlərin öhdəsindən gəldikdən sonra Rusiya liderləri bilirlər ki, büdcə böhranları və defoltlar, Boris Yeltsin və Mixail Qorbaçovun başına gəldiyi kimi, prezidentin populyarlığını məhv edə və hətta rejimi devirə bilər.

Putin hakimiyyətə gəldikdə, Rusiyanın neft qazanclarının çoxunu ölkənin xarici borcunu vaxtından əvvəl ödəməyə sərf edib. Hazırkı böhranda Rusiya büdcənin tarazlığa yaxın olmasını təmin etmək üçün sosial məsrəflər azaldılıb.

2014-cü ildə neft-qaz gəlirləri Rusiya büdcəsinin yarısını təşkil edirdi. Bu gün neftin qiyməti 2014-cü ilin səviyyəsindən iki dəfə aşağıdır, ancaq sərt büdcə “qayçılamalar” sayəsində, Rusiyanın kəsiri ÜDM-in bir faizinə yaxındır – əksər Qərb ölkələrindən daha aşağı.

Putin Rusiyanın Mərkəzi Bankını (MB) dəstəkləyib, çünki MB inflyasiyanı məhdudlaşdıran, həm də artım doğuran faiz dərəcələrini yüksəldib. Kremlin məntiqi bundan ibarətdir ki, rus xalqı iqtisadi sabitliyi hər şeydən üstün tutur. Bununla yanaşı, Rusiya elitası da hakimiyyətin saxlanılması üçün sabitliyə ehtiyac duyduğunu bilir. Makroiqtisadi sabitliyin təmin edilməsi üçün Kreml 2014-cü ildən bəri sərt kəmərsıxma proqramı tətbiq edib, lakin şikayətlər az deyil.

Putinin iqtisadi strategiyasının ikinci bəndi (əmək haqqı və səmərəlilik hesabına) iş yerləri və pensiya ödənişlərinə təminat vermək olub.

1990-cı illərin iqtisadi şokunda Rusiyada maaşlar və təqaüdlər tez-tez ödənilmir, etirazlara və prezident Boris Yeltsinin populyarlığının itməsinə səbəb olurdu. Böhran sona çatdıqda, işsizliyin artmasına imkan verməməkdən ötrü Kreml əməkhaqqıların azaldılması strategiyanı seçib.

Bəzi Qərb ölkələrindəki fərqlərə diqqət yetirək. 2008-ci ildəki fəlakətdən sonra ABŞ-da işsizlik artıb, amma işdən çıxarılmayanlar kəskin əməkhaqqı kəsiri duymayıb. Rusiyada, əksinə, işsizlik yalnız bir faiz səviyyəsində artıb. Lakin 2015-ci ildə əməkhaqqı, təxminən, on faiz azalıb. Kremlin mesajı sahibkarlara çatıb: əmək haqqının azalmasına tolerant yanaşılır, ancaq zavodlar bağlanmayıb və kütləvi işdən çıxarılma olmayıb.

Bir çox rusların hələ də tənəzzül keçirən və dirçəliş ümidi olmayan, sovet dövrünə aid zavodlarda işlədiyini nəzərə alsaq, bu, səmərəli siyasət deyil. İqtisadi baxımdan həmin işçiləri daha məhsuldar firmalara keçirmək daha yaxşı olardı. Amma işdən çıxarılmalara görə bu, siyasi cəhətdən mümkün deyil.

Rusiya iqtisadiyyatının əksər sahələri, çox maaş ödəmədikləri halda belə, lazımsız işçilərin saxlanılması üçün siyasi təzyiqlərə məruz qalır. Bu, Kremlin siyasi hesabına uyğundur: ruslar, adətən, əmək haqqının kəsilməsinə etiraz etmirlər, amma işdən çıxarma və zavodun bağlanması onları küçə aksiyalarına sövq edəcək.

Sosial siyasət eyni məntiqlə idarə olunur. Keçmişdə rusiyalı təqaüdçülər pensiyanın kəsilməsinə etiraz olaraq mitinq keçirirdilər. Amma indi hökumətin səhiyyə və təhsil sahəsini qeyri-kafi maliyyələşdirir, lakin təqaüdləri vaxtlı-vaxtında ödəyir, həm də bu rəyi saxlayır ki, guya, Kreml təhsilin pis səviyyəsinə görə təəssüf keçirir.

Putinomikanın üçüncü prinsipi – Kremlin siyasi strategiyasını pozmamaq şərtilə, özəl şirkətlərə yalnız şəkildə fəaliyyət imkanı verilməsidir. Oliqarxik hakim dövlət firmaları əsas sektorlarda böyük rol oynayır, buna onunla bəraət verilir ki, işsizlik səviyyəsini aşağı salmaqla, əhalini idarə etməkdə, media və müxalifəti itaətdə saxlamaqda Kremli dəstəkləməyə hazırdırlar.Məsələn, enerji sənayesi hökumətə maliyyə baxımından vacibdir, çünki özəl firmalar ya millilədirilib və ya tamamilə dövlətə tabe olub. Polad firmaları daha az vacibdir, lakin onlar da kütləvi işdən çıxarmalardan yayınır. Xidmət sektoru firmalarının belə bir siyasi rolu yoxdur.

Supermarket maqnatı Sergey Qalitski deyir: "Söhbət siyasətdən getdikdə, divanda oturur və popkorn yeyirəm, yaxud gülləyə tuş gəlməmək üçün çömbəlirəm".

Enerji firmalarının patronları siyasətdən yayına bilmirlər. Adətən, onlar – güllə atandır.

Bu siyasi məhdudiyyətlər nəzərə alınmaqla, Rusiyanın özəl sektoru səmərəliliyin artırılması və ya iqtisadi artım sürətinə nə dərəcədə ümid bəsləyir? Müəyyən, lakin çox yox. Bu da Kremlin məntiqinə uyğundur. İnkişaf yaxşı şeydir, amma gücün saxlanması ondan da yaxşıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam