Redaktor seçimi
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Bir səfilin harayı:
Gömrük Komitəsi belə ləğv olunur:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Günün xəbəri

İşdən qovulan müstəntiq ifadə verdi:“Yol polisləri dedi, sürücü yoxdur”

İşdən qovulan müstəntiq ifadə verdi:

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib

 

Yenixeber.org: Hakim Novruz Kərimovun icraatında olan prosesdə müstəntiq Vüqar Abbasov şahid qismində ifadə verib. 

İlk başda bu iş V.Abbasovun icraatında olub. O isə qəzanı R.Rəhimovun törətdiyini bilsə də, işi başqa istiqamətdə aparıb və qəzanı ailənin sürücüsü Əmrulla Şahbazovun törətdiyinə dair ifadələr alıb. Daha sonra buna görə vəzifəsindən qovulub. 

O, məhkəmədə ifadə verərək deyib ki, məlumat daxil olan kimi hadisə yerinə gedib: "Mən ora çatanda maşının nömrəsi üstündə yox idi, baqajdan çıxdı. Yol polislərindən soruşdum, dedilər sürücü yoxdur.

Şahidlər qəzanı cavan uşağın törətdiyini dedilər. Həmin cavan oğlanı tapa bilmədik. Polislər mənə yaxınlaşıb qəzanı törədən şəxsin burada olduğunu dedi. Maşınlara, ətrafa baxdıq, Rəhim ortalıqda yox idi. Meyiti morqa aparıb oradan idarəyə getdim. 

Sonra Əmrulla adlı biri gəlib hadisəni özünün törətdiyini dedi. Orada Əmrullanı dindirdim və yalan danışdığını bildim. Dərhal cinayət işi açdım. Araşdırma zamanı Rəhim özü cinayəti etiraf etdi".


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr