Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Quba məzarlığında rəmzi abidə ucaldılacaq

Quba məzarlığında rəmzi abidə ucaldılacaq

 

 

Quba Soyqırımı Memorial Kompleksində 1918-ci ilin qanlı hadisələrini əks etdirən memorial lövhə vurulması və burada rəmzi abidənin ucaldılması nəzərdə tutulur

 

Yenixeber.org: Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Quba Soyqırımı Memorial Kompleksində vəziyyətin araşdırılması üzrə komissiyanın üzvü, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəylinin sözlərinə görə, müvafiq təşkilatlar memorial lövhənin və rəmzi abidənin hazırlanması üzərində iş aparır. Bu işlərin mart ayının əvvəllərinədək başa çatdırılması planlaşdırılır.

AMEA-nın vitse-prezidenti əlavə edib ki, Azərbaycanlıların soyqırımı günlərində Quba məzarlığında abidənin ucaldılması və memorial lövhənin vurulması mərasimi rəsmi şəkildə həyata keçiriləcək.

İ.Həbibbəyli qeyd edib ki, vaxtilə erməni təcavüzkarları tərəfindən vəhşicəsinə qətlə yetirilərək qeyri-insani şəkildə məzarlara doldurulmuş tarixi məzarlıqda müəyyən yenidənqurma işləri aparılıb, azərbaycanlılarla yanaşı, digər millətlərə də aid olan buradakı insan sümükləri milli və dini adətlərə uyğun olaraq torpağa basdırılıb, qorunmaq üçün məzarlığın üstü örtülüb. Hazırda Quba məzarlığı ətrafında müəyyən abadlıq işləri aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam