Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Daxili işlər nazirinin “Lotu Quli” qorxusu:xüsusi əmr

Daxili işlər nazirinin “Lotu Quli” qorxusu:

Ukrayna Milli polisi öz hərəkətləri ilə ölkədəki kriminogen vəziyyətə təsir göstərən əcnəbiləri hədəf alan operativ-profilaktika əməliyyatına başlayıb. Bu haqda Ukrayna Milli polisinin rəhbərinin müavini Vyaçeslav Abroskin bildirib. Əməliyyat “Miqrant” kod adı ilə keçiriləcək.

Yenixeber.org: Əməliyyat barədə əmri daxili işlər naziri Arsen Avakov iimzalayıb. Abroskin qeyd edib ki, məqsəd Ukrayna ərazisində qanunazidd əməllər törədilməsini təşkil edən şəxslərin müəyyən edilib ölkədən xaric olunmasıdır. Belələri hətta cinayət törətməsələr də Ukraynadan xaric olunacaqlar.

“Bunlar mütəşəkkil qruplaşmaların liderləri, “vor zakon”lardır. Belələri ciddi nəzarət altında olmalıdır. Ölkə ərazisinə daxil olandan etibarən onların hərəkəti izlənilməlidir. Əməliyyatçılar belələrinin barəsində hələ cinayətə hazırlıq mərhələsində xəbər tutmalı və onları yaxalamalıdır”-Abroskin deyib.

 

Ukrayna hüquq-mühafizə orqanlarının və Avakovun özünün bundan əvvəlki bəyanatları nəzərə alınarsa həmin əməliyyatın əsas hədəfinin “Lotu Quli” olduğu təxmin edilir. Son vaxtlar yayılan xəbərlərə görə onun adamları Ukraynaya yollanıblar və Arsen Avakovun qoruya bilmədiyi azərbaycanlı biznesmenlərə “krışa” təklif edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam