Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

"Qarabağ" - "Qəbələ" matçı qolsuz yekunlaşıb

 

 

 Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib

 

Yenixeber.org: XV tura təsadüf edən 2018-ci ilin ilk oyununda "Zirə" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Zirə İdman Kompleksinin stadionunda keçirilmiş qarşılaşma heç-heçə ilə nəticələnib - 1:1. Hesabı 35-ci dəqiqədə qonaq komandadan Tural Axundov açıb. Bundan 4 dəqiqə sonra isə Vüsal İsgəndərli bərabərlik qolunu vurub.

Bu kollektivlər arasında ilk iki dövrədə baş tutan görüşlərdə meydan sahibləri qalib gəliblər (3:1, 1:2). Son 4 oyunda meydanı qolsuz tərk etməyən "Zirə” evdəki axırıncı 2 matçda qələbə qazanıb. Qəsəbə təmsilçisi çempionatdakı görüşlərin balansında da üstündür: 5 qələbə, 3 heç-heçə, 3 məğlubiyyət.

Günün digər matçı isə turun mərkəzi oyunu statusunu daşıyıb. Ötən mövsüm olduğu kimi cari çempionatda da qızıl medallar uğrunda mübarizə aparan "Qarabağ”la "Qəbələ” komandaları "Azərsun Arena”da qarşılaşıblar. Görüş qolsuz yekunlaşıb. Bununla da xallarını 38-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ" ilə 6 xallıq fərqi qoruyub.

Qeyd edək ki, tura fevralın 11-də keçiriləcək "Keşlə" - "Səbail" və "Neftçi" - "Kəpəz" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XV tur

10 fevral (şənbə)

16:00. "Zirə” – "Sumqayıt” 1:1

Qollar: Vüsal İsgəndərli, 39 - Tural Axundov, 35

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Rövşən Əhmədov

Zirə İdman Kompleksinin stadionu

19:00. "Qarabağ” – "Qəbələ” 0:0

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Erkin Hüseynov

Hakim-inspektor: Məlik Həsənov

"Azersun Arena”

11 fevral (bazar)

15:00. "Keşlə” – "Səbail”

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Seymur Səlimli

Hakim-inspektor: Fazil Mürşüdov

"İnter Arena”

17:30. "Neftçi” – "Kəpəz”

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Rəşad Əhmədov

AFFA nümayəndəsi: Zamiq Hüseynov

Hakim-inspektor: Kərim Ağayev

"Bakcell Arena”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam