Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Polisin cərimələməsinə məhəl qoymayan "rəqqasə"yenə öz bildiyini etdi - Video

Polisin cərimələməsinə məhəl qoymayan "rəqqasə"

 

 

Yolda avtomobili saxlayıb rəqs edən qızın yeni videosu yayılıb. Oxşar kadrlar sosial şəbəkələrdə yayıldıqdan sonra xanım rəqqasə yol polisinə dəvət edilərək cərimə edilmişdi. Amma görünən odur ki, rəqqəsə bundan bir nəticə çıxarmayıb. O, yenə avtomobilin üstünə çıxaraq oynayıb

 

Yenixeber.org: Bir neçə gün əvvəl paytaxtın Xətai rayonunda avtomobilin üstündə rəqs edən Simona Amirova bu təhlükəli hərəkətini yenindən təkrarlıyıb. Simona Amirova bu dəfə Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsində yolun kənarında avtomobilin üstünə çıxaraq oynayıb.

İlk video yayıldqıdan sonra Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəqqasəni və onun üzərində rəqs etdiyi avtomobilin sahibini aşkar edərək inzibati qaydada cərimələyib. Amma görünür xəbərdarlıq kifayət etməyib. Görüntülərdən məlum olur ki, xanım bu rəqsi ilə digər hərəkət iştirakçılarına mane olur, onların diqqətini yayındırır. Simona avtomobil üzərində rəqs etməsindən zövq aldığını deyir.

Əməlindən peşman olmadığını bildirən gənc rəqqasə, bundan sonra avtomobilin üstündə rəqs etməyəcəyini deyir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Bölmə rəisi Vaqif Əsədov isə bildirib ki, həmin xanım birinci fakta görə inzibati qaydada cərimələnib. Əgər o, bu rəqsini yenidən təkrar edibsə, deməli onun barəsində tətbiq edilən cərimədən və ictimayi qınaqdan nəticə çıxarmayıb. Vaqif Əsədovun sözlərinə görə, xanım rəqqasə yenidən idarəyə çağırılaraq ciddi xəbərdarlıq edilməklə cərimə olunacaq.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam