Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Dünya Bankının regional direktoru:"Azərbaycanın makroiqtisadi vəziyyətinin sabitləşdirilməsinin yolu islahatlardan keçir"

 

 

Bizim münasibətlərimiz səmimi və əsil tərəfdaşlığa əsaslanır

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon Gəncədə səfərdə olub. O, Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən Azərbaycanın Dünya Bankında üzvlüyünün 25 illiyi və ölkənin kənd təsərrüfatının inkişafı sahəsində fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. Tədbirdən sonra isə M.Tembon "Report"un Qərb bürosuna müsahibə verib.

Yenixeber.org həmən müsahibəni təqdim edir:

- Səfərinizin ilk günü Azərbaycan prezidenti və hökumətin iqtisadi blokuna daxil olan rəsmilərlə görüşdünüz. Əsas müzakirə olunan məsələlər nələr olub?

- Hazırda biz Azərbaycanla əməkdaşlıq strategiyamızın aralıq icmalını həyata keçiririk. Görüşdə məqsədimiz Azərbaycanla tərəfdaşlıq proqramlarımızın əsas məsələlərini müzakirə etmək idi. Cənab Prezidentlə görüşən zaman, ötən 2 il ərzində görülmüş işlərin nəticələri ilə bağlı məlumat verdik və eyni zamanda növbəti 2 il üçün mümkün ola biləcək əməkdaşlıq barədə də danışdıq.

- Sizcə Azərbaycan hökumətinin milli valyutanın (manatın) məzənnəsinin sabitləşdirilməsi və bank sektorunun stabilləşməsi üçün daha hansı addımlar atılmalıdır?

- Azərbaycanın makroiqtisadi vəziyyətinin sabitləşdirilməsinin yolu islahatlardan keçir. Son 2 il ərzində Azərbaycan hökuməti bir çox makroiqtisadi və digər istiqamətlərdə islahatlar həyata keçirib və bilirik ki, bunun əsasasında dayanan səbəb ölkənin xarici şoklara qarşı həssaslığı olub. Bir daha bildirmək istəyirəm ki, istənilən sabitəşdirmə tədbirləri üçün islahatlararın görülməsi zəruridir.

- Dünya Bankı “Cənub Qaz Dəhlizi” layihəsi üçün əlavə vəsait ayırmağı planlaşdırırmı?

- Bizim münasibətlərimiz səmimi və əsl tərəfdaşlığa əsaslanır və bu tərəfdaşlıq isə onu nəzərdə tutur ki, hər iki tərəf müzakirələrin gedişində öz fikirlərini, mövqelərini bir-birləri ilə bölüşür. Hazırda mən bunun, yəni belə bir müraciətin olub-olmaması haqqinda fikir bildirə bilməyəcəyəm.

- Bu il daha hansı sahələrə kredit ayırmaq fikriniz var?

- Qeyd etdiyim kimi biz bir neçə istiqamət üzrə çalışırıq və bizim bu fəaliyyətimizin əsas istiqamətləri bir neçə prinsiplərə əsaslanır. Bunlardan birincisi makroiqtisadi sabitliyin təmin edilməsi, digər istiqamətimiz isə insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş və dayanıqlı, inklüziv inkişafına nail olunmasıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam