Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bu gün XXIII Qış Olimpiya Oyunlarının Açılış mərasimi keçiriləcək

 

 

Azərbaycanı yarışlarda bir idmançı təmsil edəcək

 Bu gün Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunlarının Açılış mərasimi keçiriləcək.

Yenixeber.org: Olimpiya Stadionunda baş tutacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Oyunlarda Azərbaycanın nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə rəhbərlik edəcək. Onunla yanaşı, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un baş katibinin müavini Azər Əliyev, Azərbaycanın şef de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov və digər şəxslər Pxençxana yollanıblar.

Açılış mərasimində bayraqdar funksiyasını Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner yerinə yetirəcək. O, dağ xizəyi idmanında slalom və böyük slalom yarışlarına qatılacaq.

Ümumilikdə rekord sayda - 92 ölkənin iştirak edəcəyi Qış Olimpiya Oyunlarında 2902 idmançı öz qüvvəsini sınayacaq. Onlar 7 növ və 15 istiqamət üzrə 102 dəst medal uğrunda mübarizə aparacaqlar.

Oyunlara ən geniş heyətlə ABŞ gəlib – 242 idmançı. Kanada ikinci (226), İsveçrə üçüncüdür (169). Ev sahibləri isə 122 idmançı ilə təmsil olunacaqlar. Həmçinin, Rusiyanın 168 idmançısı dopinq qalmaqalına görə Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında mübarizə aparacaq.

Pxençxanda 6 ölkə Qış Olimpiya Oyunlarlnda debüt edəcək. Bunlar Kosovo, Ekvador, Nigeriya, Eritreya, Malayziya və Sinqapurdur. Olimpiadanın rəsmi talismanı ağ pələng Suxoranq, qara ayı Pandabidir.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunlarının Bağlanış mərasimi fevralın 25-də keçiriləcək.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam