Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Nazirliy hökumətdən əlavə səlahiyyət istəyir

 

 

   “Təhsil Nazirliyi dərslik müəlliflərinin seçimində səlahiyyətli deyil. Hazırda dərsliklərin hazırlanması müsabiqə yolu ilə həyata keçirilir”

 

    "Xeberinfo.com": Bunu açıqlamasında Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev deyib.

    O qeyd edib ki, bəzən dərslik yazılması işinə yaxın gələn olmur:  “Məsələn, bu il fransız dili dərsliyi müəlliflərin nəşriyyata gec cəlb olunmasından tender komissiyasına vaxtında cəlb edilə bilmədi. Bu mənada nazirlik hesab edir ki, ehtiyat vasitə kimi gələcəkdə nazirliyə vacib dərsliklərə əvvəlcədən sifariş vermək səlahiyyəti verilməlidir. Sabah əgər müsabiqəyə, Tender Komissiyasına heç bir iş təqdim olunmasa, həmin ehtiyat dərslikdən variant kimi istifadə edilsin. Bu istiqamətdə işlər gedir. Türkiyədə dərsliklərin bir hissəsi dövlətin sifarişi ilə yazılan dərsliklərdir, onlar dövlət dərslikləri kimi qeyd olunur. Digər dərsliklər isə özəl şirkətlər tərəfindən müsabiqə yolu ilə yazılır. Hər ikisi dövlətin hazırladığı standart və altstandarlar əsasında yazılır”.


     Şöbə müdirinin müavini vurğulayıb ki, müəllif seçməyə nazirliyin səlahiyyəti yoxdur. “Nazirlik yalnız elanı verir, nəşriyyatlar özü elanı tapır. Müəllifin də adı gizli saxlanılır. Əgər o, qalib élan olunursa, ondan sonra nəşriyyat tərəfindən həmin müəllifin adı açıqlanır”.

 

   Ə. Quliyev vurğulayıb ki, Təhsil Nazirliyi hər zaman dərsliyin keyfiyyətinin yüksək olmasına çalışır:  “Bu istiqamətdə iş aparırıq”.
 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam