Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Arif Hacılı istefa verdi

 

      Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı vəzifəsindən istefa verib
      O, “Media forum” saytına deyib ki, istefa haqda qərarını partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin 8 sentyabr iclasında elan edib: 
     "Xeberinfo.com": “Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri vəzifəsi ilə yanaşı Müsavat başqanının təşkilat məsələləri üzrə müavini postundan, Divan və Məclis üzvlüyündən də istefa verdim. Hesab edirəm ki, partiyada tutduğum vəzifələr Müsavat qurultayı nümayəndələrinin öz iradələrini sərbəst və azad formada ifadə etmələrinə heç bir maneçilik törədə bilməzdi. Amma bununla bağlı müxtəlif fikirlər səslənirdi, kimlərsə iddia edirdilər ki, partiyada vəzifə tutmağım qurultay nümayəndələrinin iradələrini sərbəst formada ifadə etmələrinə mane ola bilər. Mən də hesab etdim ki, bu məsələdə də nümunə göstərməliyəm. Ona görə də qurultaya hazırlıq üzrə təşkilat komitəsinin iclasında vəzifələrimdən istefa verdiyimə dair bəyanat səsləndirdim”.
      Xatırladaq ki, sentyabrın 27-də Müsavat Partiyasının qurultayı keçiriləcək. Gündəlikdə duran əsas məsələ başqan seçkisidir. Arif Hacılı partiya başqanlığına namizədliyini irəli sürəcəyini bəyan edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam