Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Avtomobilini etibarnamə ilə satıb, problem yaşayır:Ağdaşda

Avtomobilini etibarnamə ilə satıb, problem yaşayır:

 

Yenixeber.org: Redaksiyamızın electron poçtuna goycay78@mail.ru emaildən Göyçay rayonu R.Rza küçəsi ev 24 sakini Əliyev Samir Əlimövsüm oğlu tərəfindən müraciət daxil olub. Müəllif müraciətində avtomobilini etibarnamə ilə satdığı  Ağdaş rayonunda yaşayan Əliyev Zakir Bakir oğlu tərəfindən aldadıldığından və Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Namiq müəllimin qanunazidd əməllərindən bəhs edir. İddia edir ki, Dövlət Yol Polis Bölməsinin rəisi onu aldadan Əliyev Zakir Bakir oğluna dolayısı ilə yardımçı olur. Biz bu məlumatlarla bağlı yazıda adı hallanan Namiq müəllimlə telefon əlaqəsi yaratdıq. Bölmə rəisi ünvanına yönələn bütün ittihamları rədd etdi. Bildirdi ki, sözügedən nəqliyyat vasitəsi əməkdaşları tərəfindən saxlanılıb, duracağa gətirilməyib. Məsələnin hüququ tərəfi də şikayətçiyə izah olunub. Təəssüf ki, Əliyev Zakir Bakir oğlu ilə əlaqə yarada bilmədik.

Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

“Mən üzləşdiyim qanunsuzluq barədə mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri hörmətli Ramil Usubova müraciət etmək istəyirəm. Belə ki, özümə məxsus olan Qazel markalı 23- DJ -615 nömrəli avtomobilimi Ağdaş rayonunda yaşayan Əliyev Zakir Bakir oğluna 09 sentyabr 2017-ci il tarixdə etibarnamə ilə satdım. Alıcı Zakir Əliyevlə danışıb razılaşdıq, həmin günü mənə 500 manat verdi, 2050 manat borclu qaldı ki, həmin pulu da 2 aya ödəyəcəyinə söz verdi. İki ay keçdi mən Zakir Əliyevə zəng edib, qalan pul borcunu ödəməsini dedikdə mənə rədd cavabı verdi. Mən bunun üçün Zakir Əliyevə avtomobil üçün verdiyim etibarnaməni notarisuda ləğv etdirdim. Bu barədə dərhal Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Namiq müəllimə zəng edib, məlumat verdim. Ağdaş RPŞ-nin DYPB-nin əməkdaşları qanunsuz avtomobil idarə etdiyi üçün Zakir Əliyevi saxlatmaq istəyəndə o, polislərin üstünə maşını sürüb, onların avtomobillərini vurub qaçdı. Bütün bu özbaşınalıqlar mənim gözümün qarşısında baş verdi. Ağdaş RPŞ-nin DYPB-nin əməkdaşları Zakir Əliyevin avtomobili ilə birlikdə tutub şöbəyə gətirdilər. Ağdaş RPŞ-nin DYPB-nin rəisi Namiq müəllim qanunsuz olaraq Zakir Əliyevin avtomobilini pul alıb, polis şöbəsindən buraxdı. Polis rəisi Namiq müəllim Zakir Əliyevdən pul aldığı üçün mənə bəhanə gətirdi ki. mən onlara heç nə edə bilmərəm, onlardan qorxuram. Mən polis rəisi Namiq müəllimin qanunsuz hərəkətləri barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, məlumat vermişəm. Hazıda mənə məxsus olan Qazel markalı 23- DJ -615 nömrəli avtomobili  heç bir sənədi olmadan Zakir Əliyev sürür və buna Ağdaş RPŞ-nin DYPB-nin rəisi Namiq müəllim qəsdən şərait yaradıb. Çünki Namiq müəllimə Zakir Əliyev pul verir. Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət edib xahiş edirəm cinayətkarı himayə edən Ağdaş RPŞ-nin DYPB-nin rəisi Namiq müəllimin barəsində qanunu tədbirlər görəsiniz. Sənədsiz avtomobil sürən Zakir Əliyevin məsuliyyətə cəlb edilməsini təmin edəsiniz”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam