Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Rusiya nüvə silahı tətbiq edə bilər– ABŞ

Rusiya nüvə silahı tətbiq edə bilər

 

 

ABŞ özünün yeni nüvə doktrinasını təqdim edib

 

Yenixeber.org: Yeni sənəddə ABŞ-a və onun Asiya-Sakit okean regionundakı rəqiblərinə unikal təhdid kimi Şimali Koreya ilə bərabər Rusiya və Çin göstərilib. Vaşinqton Çinin öz hərbi imkanlarını genişləndirdiyini və ABŞ-a bütün Sakit okeanda meydan oxuduğunu bildirib.

Doktrinada həmçinin Rusiyanın öz nüvə arsenalını azaltmaq əvəzinə artırdığı vurğulanıb. Belə ki, Moskvanın nüvə silahından ilk istifadə edən qüvvə ola biləcəyi iddia edilib. Buna əsas səbəb kimi isə Pentaqon Rusiyanın ABŞ-ın Avropadakı müttəfiqləri ilə apardığı rəqabəti göstərib. Moskvanın bu rəqabəti öz xeyrinə bitirmək və konflikti başa çatdırmaqdan ötrü nüvə silahından öz xeyrinə istifadə edəcəyi ehtimal edilib.

Doktrinada həmçinin ABŞ-ın Rusiya və ya Çinə düşmən kimi baxmasının arzu edilmədiyi bildirilib:

“ABŞ və Rusiya yaxın keçmişdə nüvə riskləri ilə bağlı daimi dialoqa sahib idilər. Krımın işğalından sonra konstruktiv əməkdaşlıq gözlənilmədən aşağı düşüb. ABŞ ümid edir ki, Rusiya gələcəkdə ABŞ və müttəfiqləri ilə açıq qarşılıqlı fəaliyyət qura biləcək”.

ABŞ həmçinin sənəddə soyuq müharibə dövrünə 2010-cu illərin əvvələrindən geri dönüş edildiyini bildirib. Burada Rusiya və Çinin indiyə qədər dünya siyasətində formalaşan qaydalara yenidən baxılmasını istədikləri vurğulanıb. Vaşinqton sənəddə Moskvanın bir sıra beynəlxalq razılaşmaları pozduğunu bildirib və bunlar sırasında 1994-cü il Budapeşt memorandumu, 2002-ci il Açıq Səma razılaşması, 1987-ci il kiçik və orta mənzilli raketlərinin azaldılması haqqında razılaşma göstərilib.

Vaşinqton həmçinin doktrinada İran məsələsinə də toxunub. ABŞ-ın fikrincə, İran son zamanlar kimyəvi və bioloji silah hazırlanmasına böyük investisiyalar yatırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam