Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Nazirlərin “taksi qarşıdurması”

 

          Ziya Məmmədovun London taksilərini Kəmaləddin Heydərov «yox»a çıxarır?

     "Xeberinfo.com": Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla nəqliyyat naziri Ziya Məmmədov arasındakı ziddiyyətlər Prezident Administrasiyasına qədər gedib çıxıb. Bu barədə redaksiyamıza hakimiyyətdəki mənbə məlumat verib.

     Kəmaləddin Heydərovla Ziya Məmmədovun arasında zaman-zaman qarşıdurma olub. Bütün bunların kökündə isə nazirlərin iqtisadi maraqlarının toqquşması dayanıb. Mənbə deyir ki, bu dəfəki qarşıdurmaya səbəb London taksiləridir.

   Qeyd edək ki, son vaxtlar London taksilərinin cərimə meydançalarına aparılması hallarına təsadüf edilir.

    Doğrudur, Nəqliyyat Nazirliyi həmin taksilərin quruma heç bir aidiyyəti olmadığını bildirir. Həmin taksilərin özəl şirkət olan “Bakı Taksi” MMC-yə məxsus olduğu vurğulanır. Lakin sirr deyil ki, Azərbaycanda bu sahə Ziya Məmmədovun nəzarətindədir. Taksilərin gömrükdən keçirilməməsində də nəqliyyat nazirinin rolu iddia edilir.

    Mənbənin sözlərinə görə, Kəmaləddin Heydərov gömrük komitəsinin sədri Aydın Əliyev vasitəsilə Ziya Məmmədova bu sahədə ciddi zərbə vurmaq istəyir. Hesablamalara görə, cərimə meydançasına aparılan hər bir taksi üçün gömrük rüsumu 8000-8500 manat civarındadır. Lakin Ziya Məmmədov da bu işin arxasında Kəmaləddin Heydərovun dayandığını bilib rüsumu ödəmək niyyətində deyil. Məsələnin dramatikləşməsi isə Prezident Administrasiyası səviyyəsində müzakirəyə səbəb olub. Hələ ki, administrasiyasının qərarı bəlli deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam