Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Mətbuat Şurasının adından saxtakarlıq edilib -FOTOLAR

 

Mətbuat Şurasının adından saxtakarlıq edilib - FOTO

Mətbuat Şurasının və qurumun rəhbəri Əflatun Amaşovun adından saxtakarlığa yol verilib.

Yenixeber.org-un məlumatına görə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Əvəz Rüstəmov bildirib ki, “Qaynar-xett.az” saytı öz “əməkdaşlarına” payladığı vəsiqələrin üzərində Azərbaycan Mətbuat Şurasının adını və qurumun sədri Əflatun Amaşovun “imzası”nı qeyd etməklə saxtakarlığa əl atıb. 

Həmin vəsiqələrin şəkillərini sosial şəbəkədə paylaşan Ə.Rüstəmov qeyd edib: “Bu vəsiqələr guya Azərbaycan Mətbuat Şurasınındır. Kimlərsə Şuranın adından istifadə edərək axırıncı yola əl atıb. Onlar vəsiqə satmaqla, ayrı-ayrı şəxslərə bu vəsiqələri göstərib qorxutmaqla, hədə-qorxu gəlməklə, etdikləri murdarlığa mədəni libas geydirməklə məşğuldurlar. Bəziləri də var ki, məsələni öz aləmlərində ictimailəşdirirlər. Sanki onların kim olduqlarını, bu vəsiqə dəllallarından az da olsa, fərqlənmədiklərini bilmirik...

Mətbuat Şurasının adından istifadə edən vəsiqəbazlar tam arxayın olsunlar ki, hər biri qanun qarşısında cavab verməli olacaq. İndidən bu cür ağlasığmaz yaramazlığı necə düşündüklərinə izahat verməyi boş başlarında məşq etsinlər. Əgər bacaracaqlarsa”.







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam