Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bayıl sakinləri 1 həftədir didərgindir -sürüşmə zonasından son xəbərlər

 

 

Sakinlər: “Heç olmasa kirayə çıxarsaydılar, başımıza çarə qılardıq”

 

Yenixeber.org: Bayıl qəsəbəsi, Bakı Televiziya Qülləsinin ətrafındakı sürüşmə zonasında təhlükəli vəziyyət davam edir. Ərazidə Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eləcə də Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları işlər aparırlar.  Yaxınlıqda yaşayan əhali isə artıq bir həftədir ki, evlərindən didərgin düşüblər. Torpağın sürüşmə təhlükəsi olduğu üçün Səbayel Rayon İcra Hakimiyyətinin nümayəndələri əhalini evlərindən 163 saylı məktəbdə yaradılan sığınacağa köçürüblər. Sığınacaqdakı şəraiti bəyənməyən bəzi sakinlər isə hazırda ya öz evlərində, ya da qohumlarının mənzillərində gecələyirlər.

Bir həftə öncə, yəni yanvarın 25-də Səbayel Rayon İcra Hakimiyyəti məlumat yayaraq bildirmişdi ki, nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq və çıxarılan yekun rəyə uyğun tədbirlər görüləcək. Bildirilmişdi ki, əgər ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaq.

Ekologiya Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, ərazidə apardıqları buruq-qazma işləri artıq başa çatıb: “Mexaniki, fiziki xüsusiyyətləri öyrənmək üçün ərazidən götürülən nümunələr laborator analizə göndərilib. Məqsəd sürüşmə müstəvisi, sürüşmənin başvermə səbəbləri, qrunt sularının səviyyəsini öyrənməkdir. Bundan sonra bizim və digər aidiyyəti qurumların nəticələri kompleks şəkildə öyrənilərək vahid rəyə gəlinəcək”.

Ə.Qaralov həmçinin qeyd edib ki, sürüşmə sahəsində vəziyyət stabil olaraq qalır.

Sakinlər isə hələ də kirayə çıxarılacaqları günü gözləyirlər. Onlar artıq məhəlləyə yığışıb, ocaq da qalamırlar. Çünki özlərinin söyləmələrinə görə yandıracaq odunları da qalmayıb.

Bayıl sakinləri ile ilgili görsel sonucu

Sakin Zahid Aslanov hazırkı durumları ilə bağlı “Yeni Müsavat”a aşağıdakıları söylədi: “Dünəndən etibarən evimizə gələn su xətlərini əsas xətdən tamamilə ayırdılar. Bu vaxta qədər işıq, qaz verilişini dayandırmışdılar. İndi də dedilər ki, suyu işlədirsiz, ərazidə ağırlıq yaranır. Məhəllədə oturub, kirayə çıxarılacağımız günü gözləyirik. Bizə elə hər gün deyirlər ki, sizi sabah köçürəcəyik”.

Sakinlərin bəziləri iddia edirdilər ki, onların evləri qəzalı vəziyyətdə olmadığı halda müvafiq qurumların əməkdaşları mənzillərini tərk etmək göstərişi verirlər. Z. Aslanov isə fərqli fikirlər söylədi: “Bütün evlər dağın ətəyində tikilib. Əgər dağ sürüşürsə, deməli, hər kəsin mənzili təhlükədədir. Evi təhlükədə olmayan ailə köçürülməyib. Sadəcə, burada məsələ belədir ki, mənim evim sürüşməyə daha yaxındır, kiminsə evi bir qədər aralıdadır. Ancaq sürüşmə baş verən zaman hər birimizin mənzili uça bilər. Şəxsən mənim evimdə çatlar günbəgün böyüyür. Hazırda  sürüşmənin mərkəzinə gəlib-gedən rəsmilər var. Ancaq bizimlə görüşmədikləri üçün kim olduqlarını bilmirik. Əvvəllər məhəllədə ocaq qalayıb, otururduq. İndi isə odunumuz da qurtarıb. Buna baxmayaraq, soyuq da olsa yenə də məhəlləmizdəyik. Axşamları qohumumun evində gecələyirəm. Gündüz isə bura gəlirəm. Öz evimdə bir gün qaldım, gördüm ki, donuram. Çünki nə işıq var, nə də qaz. Heç olmasa kirayə çıxarsaydılar, başımıza çarə qılardıq. Pərən-pərən düşmüşük. Anam bacımgildə, özüm burada, uşaqlarım başqa yerdə qalır. Hər kəsin ailəsi bu cür dağınıqdır. İşə də gedə bilmirik ki, qurumlardan nümayəndələr gəlirlər. Çox çətin vəziyyətdəyik”.

Elməddin Muradlı ile ilgili görsel sonucu

Jurnalist Elməddin Muradlının da evi Bayılda sürüşmə zonasındadır. Onunda mənzilində bütün kommunal xətlər kəsilib. E. Muradlı da “Yeni Müsavat”a bildirdi ki, sakinlərin kirayə köçürülməsi ilə bağlı konkret söz deyilmir: “Bizdən aşağıda təxminən 9 evdə işıqlar yanırdı. Axşam icra hakimiyyətindən gəlib, həmin evlərin də elektrik xətlərini kəsiblər. Maraqlandım, söylədilər ki, sizin evlər də qırmızı xəttə düşür. Ona görə də icra hakimiyyətindən göstəriş verilib ki, ərazidəki bütün kommunal xidmətlər dayandırılsın. Dedilər ki, ya bu gün, ya da sabah kirayə pulu məsələsi həll olunacaq. Sözlərinə görə, bununla bağlı Nazirlər Kabinetinin hansısa qərarı gözlənilir. Keçən həftədən elan etdilər ki, kirayə pulu vermişik, insanlar çıxıblar. Ancaq hələ də ortada heç nə yoxdur. İnsanlar yenə də məktəbdə, qohum evlərində qalır. Əvvəldən də dedilər ki, qadın-uşaqlar çıxsın, hər evdə bir kişi qalıb, evi qorusunlar. Biz də razılaşdıq ki, qalaq. İndi bilmirəm bunlar kişiləri daş-qaya hesab edirlər, yoxsa məsələ nədir?  İşığı, qazı, suyu da kəsiblər, ancaq kişi evdə qalmalıdır. Bunu başa düşə bilmədik. Polis postlarının da birini orta, digərini üst yolda qurublar. Kim zəmanət verəcək ki, oğrular bizim aşağı məhəllədəki evlərə girməyəcəklər. İnsanlar bu baxımdan da narahatdırlar. Yapon mütəxəssislər də gəlib nə isə işlər aparırlar. Yekun rəy üçün 10 gün vaxt istəyiblər. 

Deməli, təxminən hələ 1 həftə də gözləmək lazımdır. Hazırda 3-4 evdə çat var. Digərlərinin isə heç birində çat yoxdur. Neçə illərin problemi olduğu üçün 2000-ci illərdə bizim evlər planda idi ki, köçürüləcək. 2003-cü ilə qədər müəyyən qədər kompensasiya verdilər. Sonra evlərin qiyməti qalxdı, torpaq bahalaşdı, o vaxtı adambaşına 2700 dollar pul verirdilər. Orada elə evlər var ki, 2 mərtəbəlidir, normal şəraiti var. İndi gətirib bu ailələrə 11 min pul verirdilər. Camaat da deyirdi ki, heç 11 min evimin daşı eləmir.  Ona görə narazılıq yarandı və 2003-cü ilin dekabr ayından köçürülmə prosesi dayandırıldı. Dedilər ki, hökumət kompensasiya məsələsinə təzədən baxacaq, köçürülmə davam edəcək. Ancaq davam etmədi. İndi isə Teleqüllə tərəf köçürülmə mərhələsindədir. Bura ilə üzbəüz mərhələdə hər şey qaydasındadır. 2000-ci ildə isə sürüşmə məhz qarşı tərədə baş vermişdi. Hazırda 108 ev plandadır və bunları ilkin mərhələdə köçürməyi düşünürlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam