Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rusiya:4 nəfər seçkidən çəkildi

 

 

Rusiyada 4 nəfər prezident seçkisi yarışından çəkilib. Novator.az-ın məlumatına görə, yanvarın 31-də Xalq Partiyasından İrina Volınets, Sosial İslahatlar Partiyasından Stanislav Polişuk namizədliklərini prezident Vladimir Putinin xeyrinə geri götürüblər

 

Yenixeber.org: Müstəqil namizəd Vladimir Mixaylov marafonu tərk etməsini əhalinin onu yaxşı tanımaması ilə əsaslandırıb.

Sosial Müdafiə Partiyasının namizədi Mixail Kozlov isə Mərkəzi Seçki Komissiyasına imza vərəqələrini boş təqdim edib və bildirib ki, seçkidə iştiraka maliyyə vəsaiti çatmır.

Mərkəzi Seçki Komissiyası martın 18-də keçiriləcək prezident seçkisinə qatılan şəxslərdən sənədlərin qəbulunu bu gün başa çatdırır. Qeydiyyat üçün müstəqil namizəddən 300 min imza, partiyalı namizəddən 100 min imza toplamaq tələb olunub. Parlamentdə təmsil olunan partiyanın namizədi imza yığmaqdan azaddır. Kommunist Partiyasının prezidentliyə bitərəf namizədi Pavel Qrudinin və Liberal Demokrat Partiyasının namizədi, Dövlət Dumasının sədr müavini Vladimir Jirinovski bu üsulla qeydiyyatdan keçib.

Prezident Vladimir Putin seçkiyə müstəqil namizəd kimi qatılıb.

Digər iddiaçılar bunlardır: Elvira Aqurbaş (Yaşıllar Alyansı Partiyası), Sergey Baburin (Rusiya Ümumxalq İttifaqı Partiyası), Natalya Lisitsına (Rusiya Birləşmiş Əmək Cəbhəsi Partiyası), Kseniya Sobçak (Vətəndaş Platforması Partiyası), Maksim Suraykin (Rusiya Kommunistləri Partiyası), Boris Titov (Yüksəliş Partiyası), Qriqori Yavlinski (“Yabloko” Partiyası).

Hazırda Rusiya prezidentinin səlahiyyət müddəti 6 ildir. Eyni şəxs iki dəfədən artıq təkrarən prezident seçilə bilməz.

İndiki prezident Vladimir Putin 1952-ci il oktyabrın 7-də Leninqrad (Sankt-Peterburq) şəhərində doğulub. Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini və DTK-nın Moskvadakı 1 saylı Ali Məktəbini bitirib. 1975-1990-cı illərdə təhlükəsizlik orqanlarında çalışıb.

1990-cı ildən Vladimir Putin əvvəl Leninqrad Dövlət Universiteti rektorunun köməkçisi, sonra Leninqrad Şəhər Soveti sədrinin müşaviri postlarını tutub.

1991-ci ildən Sankt-Peterburq meriyasında çalışıb, 1994-cü ildən Sankt-Peterburq hökuməti sədrinin birinci müavini olub.

Vladimir Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru, Təhlükəsizlik Şurasının katibi olub.

1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.

2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam