Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bu ölkədə 15 min azərbaycanlı təhsil alır -- Nazirlik

Bu ölkədə 15 min azərbaycanlı təhsil alır -

 

 

Yaxın qonşu ölkələrin birində ali məktəbə attestatla qəbul olunmuş 15 minə yaxın azərbaycanlı tələbə təhsil alır

 

Yenixeber.org: Bunu Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.

S.Gözəlovun sözlərinə görə, xarici ölkələrin ali məktəblərinə attestatla qəbul olunmuş Azərbaycan vətəndaşlarının ölkəmizin ali məktəblərinə köçürülməsi üçün şərtlər olduqca ağırdır: "Onların köçürülməsi üçün ailənin ciddi sosial problemləri, sağlamlıq vəziyyəti kimi əsaslar olmalıdır".

Belə halların TN tərəfindən ciddi araşdırıldığını deyən S.Gözəlovun sözlərinə görə, xarici ölkələrin ali məktəblərində qiyabi təhsil alan Azərbaycan vətəndaşları köçürülmək üçün müraciət edə bilməzlər. Onların köçürülməsinə birmənalı şəkildə icazə verilmir.

Nazirlik rəsmisi onu da əlavə edib ki, tələbələrin köçürülməsi fevralın 1-dən 7-dək davam edəcək. Bu müddətdə tələbələr www.transfer.edu..az saytına müraciət etməklə ali təhsil müəssisəsini, ixtisasını dəyişə bilərlər.

Portalın fevralın 1-dən aktivləşəcəyini deyən S.Gözəlov bildirib ki, köçürülmək istəyən tələbələrin orada qeydiyyatdan keçməsini vacibdir:

“Əgər TN tərəfindən aparılan təhlillər nəticəsində köçürülmə məqbul sayılacaqsa, tələbə artıq növbəti semestrdən yeni məktəbdə, yaxud yeni ixtisas üzrə təhsil ala biləcək”.

S.Gözəlov deyib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, eyni zamanda xaricdə yaşayan azərbaycanlılar da portal vasitəsilə müraciət edə bilərlər: “Amma bu halda qaydalar bir qədər fərqli olur. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin köçürülməsi Nazirlər Kabinetinin 2015-ci ildə verdiyi 125 saylı qərarı ilə tənzimlənir. Belə şəxlərin köçürülməsi zamanı bal məhdudiyyəti nəzərə alınmır. Əcnəbilər birbaşa köçürülmək istədiyi ali təhsil müəssisələrinə də müraciət edə bilərlər”.

S.Gözəlov qeyd edib ki, ötən tədris ilində köçürülmə üçün müraciət edən, lakin rədd cavabı alan tələbələr də bu il yenidən müraciət edə bilərlər.

Nazirlik rəsmisi ötən tədris ilində portal vasitəsilə 1191 tələbənin köçürüldüyünü xatırladıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam