Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sabah qar yağacaq, yolları buz bağlayacaq

 

Sabah qar yağacaq, yolları buz bağlayacaq

 

 

 Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

 

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, gecə bəzi yerlərdə az qar yağacağı ehtimalı var.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 1-3° isti təşkil edəcək.

Yanvarın 29-da Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, dağlıq ərazilərdə 11-14° şaxta, gündüz 0-5° isti təşkil edəcək. Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Sabah Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə qar yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 2-6° isti təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta, təşkil edəcək. Yolların buz bağlama ehtimalı var. 

Mərkəzi Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-6° isti təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var. 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-5° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 1-6° şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam