Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Vəkillər imtahan verəcək-yanvarın 28-də

 

Vəkillər imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 28-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Yenixeber.org: DİM-in Mətbuat xidmətindən verilən məlumata görə, Vəkillər Kollegiyası ilə birlikdə keçiriləcək imtahan saat 11:00-da başlayacaq və Bakı şəhərində 4 binada təşkil olunacaq.

İmtahanın idarə olunmasına 19 imtahan rəhbəri və 192 nəzarətçi-müəllim cəlb olunacaq.İmtahanda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan zallarında namizədlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan vaxtının düzgün idarə olunması üçün hər bir zal saatla təmin olunub. İmtahan binalarının girişlərində buraxılış rejiminin operativliyinin təmin edilməsi və imtahan iştirakçılarının şəxsiyyətinin müəyyən edilməsi üçün “barkod-skaner”lər quraşdırılıb. 

İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Vəkillər Kollegiyası əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün 1964 namizəd qeydiyyatdan keçib.Namizədlər https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/brxvdq/ linkinə daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı namizədlərə “Yaddaş kitabçası” da təqdim olunur. Burada imtahan prosesi ilə bağlı vacib tövsiyələr, qaydalar və digər zəruri məlumatlar verilir.

İmtahanda namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunacaq.
Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi";
Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam