Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bayıldakı sürüşmə zonasından 390 nəfər köçürülüb

 

 

Ötən gün Bayıl yaşayış massivindəki mövcud sürüşmə zonasında yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargah tərəfindən müvafiq tədbirlər həyata keçirilib

 

Yenixeber.org: İcra Hakimiyyətindən verilən məlumata görə, ilk növbədə, mütəxəssislər tərəfindən ərazidə araşdırmalar aparılmış və Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunub.

Səbail RİH tərəfindən əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə) 390 nəfər ailə üzvü köçürülüb. Onlardan 34 ailə məcburi köçkünlərdir.

Köçürülən vətəndaşların əksəriyyəti qohum, tanış evinə gedib, RİH tərəfindən yaradılmış müvəqqəti sığınacaqda hazırda 42 nəfər vardır. Onlarım məişət və qidalanma məsələləri həll olunmuş, sığınacaqda həkim postu yaradılmışdır.

Qərargahdan verilən məlumata görə Bakı şəhərində aktiv sürüşmə zonalarında bu hallar mütəmadi olaraq baş verir. Sürüşmə hadısəsı müəyyən dövrdən bir aktivləşır. Buna relyef dəyişmələri, torpağın dərinliklərindəki prosseslər, xüsusilə də yağıntıların artması və digər amillər təsirini göstərir. Sürüşməyə meyilli ərazidə hər hansı böyük tikinti işləri aparılmır və bura ən yaxın tikinti 5-6 km uzaqlıqdadır ki, onların inşasına icazə FHN, Ekologiya və Təbii Sərvərlər Nazirliyi və digər aidiyyatı qurunlar tərəfindən xüsusi araşdırmalardan sonra verilmişdir. Ona görə də sürüşmə hadisəsini sırf tikinti ilə əlaqələndirmək düzgün deyildir. Hazırda ciddi narahatçılığa əsas yoxdur və ərazi aidiyyatı qurumlar tərəfindən nəzarətdədir.

Ərazidə FHN, Ekologiya və Təbii Sərvərlər Nazirliyi və digər aidiyyatı qurunların mütəxəssisləri araşdırmalar aparır, qəbul edilən qərarlar və görüləcək işlər barədə əlavə məlumat veriləcək.

***09:43

Səbail rayonunun Bayıl yamacında (Teleqüllə yaxınlığında) sürüşmə ilə əlaqədar olaraq 100-dən çox evin sakini ərazidən köçürülüb.

Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov bildirib ki, sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə İcra Hakimiyyəti və Səbail Rayon Polis İdarəsinin əməkdaşları sürüşmənin aktiv olduğu zonaya gedərək sakinlərlə görüşüblər.

"Camaatla söhbət aparılıb və onlara müvəqqəti olaraq qohum və yaxınlarının evinə köçmələri təklif olunub. Kimin köçməyə yeri yoxdursa, xüsusi olaraq bu işlə əlaqədar rayonun idarə və təşkilatlarında yaradılmış müvəqqəti sığınacaqlara yerləşdirilib. Təxminən 100-dən çox evin sakini köçürülüb", - deyə İ.Kərimov bildirib.

O, əraziyə baxış keçirildiyini, həmçinin oranın xəritəsinin çıxarıldığını, lakin hazırda təhlükəli zonada neçə evin olduğunun hələ ki müəyyənləşdirilmədiyini əlavə edib.

İcra nümayəndəsi köçürülmənin Səbail Rayon Polis İdarəsi əməkdaşlarının nəzarəti altında həyata keçirildiyini qeyd edib. (Report)

*  *   *20:24 (24.01.2018)

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargahın iclası keçirilib.

Bu barədə virtualaz.org-a Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, qərargahın iclasından sonra Səbail Rayon İcra Hakimiyyəti və Polis İdarəsinin əməkdaşları həmin ərazidə olaraq sakinlərlə görüşüblər.

Təhlükəsizlik nöqteyi-nəzərindən sakinlərə müvəqqəti olaraq evlərini tərk etmələri, qohumları və yaxınlarının evlərinə köçmələri təklif olunub.

Bununla paralel olaraq, sakinlərin köçürülməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaqlar yaradılıb.

Bir az əvvəl isə sürüşmə sahəsində yaşayan sakinlərin köçürülməsinə başlanılıb.

Başqa yerdə gecələməyə imkanı olmayan sakinlər həmin müvəqqəti sığınacaqlara yerləşdirilir.

Hazırda ərazi polis nəzarətindədir.

Virtualaz.org vəziyyətə aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralova müraciət edib.

Əziz Qaralov deyib: "Sürüşmə zonası Bayıl yamacında, Teleqüllənin ətrafında yerləşir. Bu zona ixtisaslaşdırılmış atlaslarda sürüşmələrə meyilli ərazi kimi qeyd olunub. Son zamanlar sürüşmə zonası genişlənib.

Həmçinin, Bayıl yamacının sağ tərəfində, "Bayılov dərəsi" adlanan ərazidə 80 metr uzunluğunda çat yaranıb.

Həmin ərazidə hələ ötən ilin noyabrında bir neçə santimetrlik müxtəlif çatlar qeydə alınmışdı. Son 3 ay ərzində şat 8 metrə qədər artdı. Sürüşmə artıq rayonun təxminən 7 hektar ərazisini əhatə edir. Yaşayış evlərinə ziyan dəyib, əhalinin təxliyəsinə başlanıb.

Hazırda bizim mütəxəssislərimiz göstərilən sahədə müvafiq tədqiqatlar aparırlar, təbii fəlakət zonasını işarə verən mayaklar yerləşdirirlər. Bayıl yamacından aşağıda da müxtəlif ölçülü, təxminən 50 çat yaranıb. Torpağın yarıldığı yerlərdə aralanan hissələr 20-25 santimetr təşkil edir. Bizim əməkdaşlardan başqa orada FHN-ın, Elmlər Akademiyasının və başqa strukturların mütəxəssisləri də işləyirlər. Mütəxəssislər sürüşmənin əhatəsini, xarakterini, səbəblərini, həmçinin mümkün nəticələrini müəyyənləşdirirlər. Tədqiqatların nəticələri hökumətə təqdim ediləcək. Sürüşməni dayandırmaq və ya birtəhər qarşısını almaq, istənilən başqa tektonik proseslər kimi, mümkün deyil.

Bizim mütəxəssislərimiz israrla məsləhət görürdülər və bu gün də təkid edirlər ki, sürüşmə ərazisində tikinti dayandırılsın. Tikinti torpağın dayanıqlığını azaldır və sürüşmə proseslərini sürətləndirir. Ən böyük narahatlıq doğuran odur ki, sürüşmə aktiv mərhələdədir. Vəziyyət olduğca təhlükəlidir!".

(Virtualaz)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam