Redaktor seçimi
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Bir səfilin harayı:
Gömrük Komitəsi belə ləğv olunur:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Günün xəbəri

Zərdab təhsilində “zərdab qoxusu”:rayon sakinləri “od püskürür”

Zərdab təhsilində “zərdab qoxusu”: 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yenixeber.org: Redaksiyamızın elektron poçtuna  qnimtm@mail.ru  emaildən şikayət məktubu daxil olub. Zərdab rayon sakinləri Əhmədov Cəmayə Tahir qızı, Əliyeva Cəmilə Kamil qızı, Məmmədov Qənimət Tehran oğlu, Salahov Rahim Çingiz oğlu, Vəliyev Hidayət Ramiz oğlunun imzası ilə daxil olan məktubda rayon  təhsilinin bərbad durumundan, korrupsiya faktlarından bəhs olunur. Bütün bu qanunazidd əməllərə rəhbərlikdə isə Zərdab Rayon Təhsil Şöbəsinin müdiri xanım Lalə Əmirəliyeva ittiham olunur. Yazıda yer alan ittihamlarla bağlı Təhsil Şöbəsi ilə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz oldu. Aktuallığını nəzərə alıb, yazını olduğu kimi dərc edirk.

 

“Zərdab rayon Təhsil Şöbəsinin müdiri Lalə Əmirəliyevanın korrupsiya əməlləri nəticəsində rayonda təhsiin vəziyyəti iflic olmuşdur. Zərdab rayon orta məktəblərində açıq-aşkar alver gedir. Zərdab şəhər ümumi orta məktəb 2010-cu ildə Kür çayının daşması nəticəsində su basdığndan şagirdlər təhsillərini davam etmək üçün 2 nömrəli orta məktəbə köçürüldülər. Sel basdığı üçün yararsız vəziyyətə düşüb, işləməyən həmin məktəbdə adı işdə gedən müəllimlərin maaşlarının yarsı və texniki işçilərin maaşlarının isə hamısı Təhsil Şöbəsinin müdiri Lalə Əmirəliyeva tərəfindən mənimsənilir. Rayonun orta məktəblərində müəllimlərin əmək haqqından 30-40 manat pul tutulur, texniki işçilərdən isə 20 manat pul tutulur ki, bu küllü miqdarda vəsait edir. Süpürgəçilərin maaşları 118 manat etsə də 99 manat pul alırlar.
Lalə Əmirəliyevanın isə fikiri ancaq nəyin bahasına olur-olsun pul qazanmaqdır. Zərdab şəhər 1 nömrəli tam orta məktəb 3 ildir ki, təmir adı ilə bağlanılıb. Həmin məktəbin də işçilərinin əməkhaqqısının yarısı Lalə Əmirəliyeva tərəfindən mənimsənilir. Rayonda təhsilin səviyyəsi çox-çox aşağıdır, davamiyyət yoxdur. Elə şagirdlər var ki, valideyinləri ilə Rusiyada yaşasalarda onların adları burada dərsdə gedir. Gəlin baxın rayon ərazisində məktəblərin əksəriyyəti uçuq-sökük bərbad vəziyyətdədir. Qazı olmayan odunla isidilən məktəblərdə şagirdlərdən odun pulu yığılır. Odundoğrayan ştatı üçün aylıq maaş 160 manat etsə də 110 manat verilib 50 manatı solyarka yanacağı adı ilə Lalə Əmirəliyevaya çatır. Müəlimlərin Qəbul İmtahanından keçid balını topalaya bilməyənləri daxili müqavilə ilə qanunsuz olaraq əməkhaqqısının yarsını götürmək şərti ilə işlədirlər. Bu isə şagirdlərin savadsızlığına gətirib çıxarır.Çünki bal toplamağa savadı olmayan müəllim hansı mükəımməl təhsili verə bilər? Zərdab rayon Təhsil Şöbəsinin müdiri Lalə Əmrəliyevanın korrupsiya əməlləri bununla bitmir. Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya müraciət edirik. Sizdən çox-çox xahiş edirik Zərdab təhsilini öz maraqlarına görə məhv edən Lalə Əmirəliyevanın korrupsiya əməllərini ciddi araşdırılıb barəsində tədbirlər görülməsinə tapşırıq verəsiniz”.

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.

 

 


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr