Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Makron Ərdoğanı meydana çəkir:“... hər şey Afrin əməliyyatının sürətindən asılıdır” – Təhlil

 

Stanislav Tarasov

regnum.ru, 22.01.2018

 

Yenixeber.org: Fransa xarici siyasət idarəsi başçısı Jan-İv Le Drian Twitter-də xəbər verib ki, Fransa BMT Təhlükəsizlik Şurasının Suriyada durum üzrə təcili toplantısını çağırmağı tələb edib. Bütün əlamətlərə əsasən, toplantı qapalı rejimdə keçiriləcək və nəticələri məşvərət xarakteri daşıyacaq.

Bu, Ankaranın Suriyanın kürd bölgəsində başladığı döyüş əməliyyatlarına Qərbin hələlik ən gözədəyən reaksiyasıdır. Türkiyə xarici işlər naziri İraqa səfərin gedişində bununla bağlı bildirib ki, “Parisin Suriyada durum üzrə BMT TŞ-nin təcili toplantısını çağırmaq arzusu Ankara ilə münasibətlərdə əksini tapacaq”.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bu yaxınlarda Fransaya rəsmi səfər edib və Fransa prezidenti Emmanuel Makronla görüşüb. Avropa KİV-ləri bu səfəri “müəmmalı” adlandırıb, lakin hər şey zahirən Türkiyənin, birincisi, AB-yə inteqrasiya ilə bağlı öz perspektivini aydınlaşdırmaq, ikincisi, Fransa və İtaliyanın “Eurosam” və Türkiyənin müdafə sənayesində texnoloji çalışmalarla məşğul olan “Aselsan” və “Roketsan” şirkətləri arasında əməkdaşlıq haqda saziş bağlamaq cəhdi kimi görünüb.

Türkiyə ilə təyyarə almaq üzrə əməkdaşlıq haqda proptokolun imzalanması haqda da çox danışılıb. Lakin əldə olan məlumata əsasən, Ərdoğan Parisdə Makronla danışıqların gedişində Şimali Suriyaya qarşıdakı müdaxilə mövzusuna toxunub və bu məsələ üzrə Parisin dəstəyini qazanmağa cəhd edib. Yaxın Şərq problemləri üzrə fransız mütəxəssisi Tyerri Meysanın yazdığı kimi, Ankaranın sərəncamında məlumat var ki, “Paris Kosovo nümunəsində, lakin müttəfiqlərin etiraz etməyəcəyi şərtilə Suriya kürdlərinin saxta dövlətini “Rojava” adıyla tanımağa hazırlaşıb”.

O, habelə Türkiyə və Fransanınn 2011-ci ildə (Böyük Britaniyanın razılığı ilə) “Suriyanın şimalında Türkiyənin öz ərazisində yaşayan kürdləri ora sıxışdıra biləcəyi yeni dövlətin yaradılması üzrə” qəbul etdiyi məxfi öhdəçiliyə işarə edir və vurğulayır ki, “bu saziş Böyük Britaniya və Türkiyənin indiki siyasətinə zidd getmir”.

Bundan başqa, Meysan İŞİD-in 2014-cü ildə İraq və Suriyaya müdaxiləsindən doqquz ay qabaq meydana çıxan və “Rojava” və “Xilafət”in sərhədlərinin işarələndiyi “Robin Raytın xəritəsi”ni misal gətirir. Analitik Suriya və İraq ərazisində “Sünnistan” yaradılması üzrə Fransa-Türkiyə planının meydana çıxması tarixini 2013-cü ilə aid edir. “ABŞ prezidenti Donald Tramp İŞİD-in axırına çıxmağı qət edəndə Paris ABŞ əsgərlərinin Suriyada olmasına kürd məsələsini daha bəraət saymayaraq hər iki layihədən imtina edib”, – deyə Meysan yekun vurur. Əlbəttə, bunu yoxlamaq çətindir. Lakin fransız ekspertin versiyası, heç olmasa, ona görə maraq oyadır ki, onun göstərdiyi məlumatlar indiyədək heç kim tərəfindən təkzib olunmayıb. Və istənilən halda Parisin Ankara ilə əlbirliklə Suriya hadisələrinə fəal, məxfi şəkildə cəlb olunduğunu sərgiləyir.

Türkiyəyə gəlincə, Ərdoğan o zaman fransız həmkarıyla danışıqlardan sonra “prezident Bəşər Əsədin iştirakı olmadan Suriya xalqının demokratik iradəsinə uyğun olaraq Suriyada seçkilərin keçirilməsi” uğrunda çıxış etdiyini bildirəndə aydın olub ki, bu ariya hansı operadan səslənir.

Eyni zamanda Fransanın BMT TŞ-nin Suriyadakı durum üzrə təcili toplantısını çağırmaq qərarı xəbər verir ki, Suriya istiqamətində Fransa-Türkiyə alyansında nəsə  qaydasında getməyib. İndi hər şey “Zeytun budağı” əməliyyatının nə qədər uğurlu və sürətlə inkişaf edəcəyindən asılıdır. Hər şey yetərincə sürətlə baş versə (ki olduqca şübhəlidir), onda Paris və Vaşinqton Ankara ilə dialoqa gedəcək – təbii ki, yeni gerçəkliklər nəzərə alınmaqla. Əgər Türkiyə “ilişsə” (bu cür variant ehtimalı çox yüksəkdir), onda Suriyada “kürd kartı” Ankaranın maraqları nəzərə alınmadan oynanıla bilər.

Düzdür, başqa ssenari də var: Ərdoğan kürdlər arasında – Türkiyədə terrorçu elan edilmiş PKK və Suriyanın “Demokratik Birlıik” kürd partiyası arasında vətəndaş müharibəsi qızışdırmağa can atacaq, ki, Aralıq dənizi bölgəsi ölkələrindən cənubi-şərq Anadoluya silah tədarükü üçün dəhlizi bağlasın.

Amma bu dəhlizə kimlər nəzarət edəcək – kürdlər, yoxsa İdlib döyüşçüləri? Hələlik isə, ola bilsin, Makron yeni şəkildə və yeni şəraitdə Suriyada ictimai məkanda öz maraqlarını nişanlamağa cəhd edir.

Görək, bundan nə çıxacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam