Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sobçak marixuananı leqallaşdırmağa çağırdı

Sobçak marixuananı leqallaşdırmağa çağırdı

 

 

Rusiyada “Vətəndaş təşəbbüsü” partiyasından prezidentliyə namizəd Kseniya Sobçak ölkədə yüngül bitki mənşəli narkotik vasitələrin leqallaşdırılmasını dəstəklədiyini bəyan edib

 

Yenixeber.org: Bu barədə Sobçak Kalininqradda tərəfdarları ilə keçirdiyi görüşdə bildirib.

Sobçakın sözlərinə görə, bununla bağlı ölçü qəbul olunsa, Rusiyanı bürüyən “narkotik  epidemiya” problemi həllinə kömək ola bilər.

“Mən özüm bunlardan istifadə etmirəm, ancaq arağı da “su yerinə” içmirəm. Ümumiyyətlə, başa düşə bilmirəm, niyə bizim ölkədə çox araq içmək normal qəbul olunur, ancaq daha az fəsadlara yol açan və cinayət statistikası baxımından sıfıra bərabər olan marixuanadan istifadə etmək isə yox”.

Agentlik bildirir, Rusiya Daxili İşlər Nazirliyi bu kimi təşəbbüslərin qəti şəkildə əleyhinədir. Nazirliyin Narkotik vasitələrin dövriyyəsinə nəzarət baş idarəsinin rəisi Andrey Xrapov qeyd olunan bitki mənşəli narkotik vasitələrdə heç bir xeyrin və insan sağlamlığına hər hansı faydanın olmadığını vurğulayıb. Rəsminin sözlərinə görə, marixuanadan istifadənin leqallaşdırıldığı ölkələr artıq bunun yanlış addım olduğunun fərqinə varmağa başlayır.

Qeyri-parlament partiyasının namizədi olaraq Sobçak yanvarın 31-nə kimi 100 min imza toplamalıdır. Yanvarın 21-nə Sobçakın 97 min imza topladığı bildirilir.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam