Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ərdoğan səs itirir:yeni hökumət qurulacaq? - Şərh

Ərdoğan səs itirir:

 

 

Son vaxtlar Türkiyədə keçirilən sorğularda Ərdoğanın partiyasının səs itirdiyi müşahidə edilir. Bundan xüsusilə yeni yaradılan İYİ Partiyası və HDP faydalanır. Maraqlıdır, növbəti seçkilərdə biz Türkiyədə koalisiya hökumətinin qurulduğunu görə bilərikmi?

 

Yenixeber.org: Məsələ ilə bağlı danışan politoloq Arzu Nağıyev bildirib ki, birmənalı şəkildə FETÖ ilə mübarizədən sonra Tükiyədə MHP-nin AKP ilə birgə çıxış etməsi və digər məsələlər göstərir ki, növbəti seçkilərdə yenə də Ərdoğanın rəhbərlik etdiyi AKP iqtidarda olacaq:

“İddialara baxmayaraq, Türkiyədə mövcud olan partiyaların koalisiya hökumətini yaratmasında şansları çox azdır. Ümumiyyətlə, koalisiya hökuməti yaransa, yəqin ki, Millətçi Partiya ilə yarana bilər”.

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, növbəti seçkilərdən sonra koalisiya hökumətinin qurulmasına inanmır:

“Çünki hazırda Türkiyədə Ədalət və İnkişaf Partiyasının reytinqi yüksəkdir. Hətta MHP də son zamanlar hakim partiya ilə çox yaxınlaşıb. Gələn xəbərlərə görə, hətta bu iki partiyanın birləşəcəyinin də mümkünlüyü vurğulanır. Bu, Ədalət və İnkişaf Partiyasının gücünə bir az da güc qatacaq”.

Politoloq qeyd edib ki, yeni yaradılan İYİ Partiyasının isə böyük iddiaları olmasına baxmayaraq, seçkilərdə ciddi səs qazanacağı proqnozlaşdırılmır:

“Amma bütün hallarda bu gedişatla Türkiyədə növbəti seçkilərdə Ədalət və İnkişaf Partiyasının böyük səs çoxluğu ilə yenidən hökumət quracağını düşünürəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam