Bakıda güclü yanğın baş verib.

Yenixeber.org: Hadisə paytaxtın Vəli Məmmədov küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvə cəlb olunub.

İlkin məlumata görə, hadisə binanın damında baş verib. Sakinlər yanğının onların mənzillərinə keçməsindən qorxur.

Yanğının söndürülməsi üçün ərazidə 10-dan çox yanğınsöndürən maşın işləyir.

Külək yanğının qarşısının alınmasına çətinliklər yaradır.

Sakinlər binadan təxliyə olunub.

Minval.info