Saat 7-dən sonra yeyilən qidalar uzun müddət mədə bağırsaqda qalır və yatmağa yaxın həzmi çətinləşir. Bu da öz nöbəsində sağlamlıqda bəzi fəsadlar yaradır.

Yenixeber.org: Yuxunu kabusa çevirən qidaları təqdim edirik:

Qırmızı ət: Əgər axşam yemək saatınız səkkiz sonraya qalıbsa, o zaman qırmızı ət yemək çox da doğru bir seçim olmayacaq. Sərt quruluşu və bol zülal tərkibli olması səbəbilə bağırsaq sisteminizdə uzun müddət qalır və yuxu nizamsızlığına gətirib çıxardır.

Spirt: Çox miqdarda spirt qəbul etdikdən sonra rahat yatmaq anlayışı tamamilə yanlış anlayışdır. Spirt qəbulu edən insan gecə boyunca bir neçə dəfə oyanır. Ancaq alkolu ara-sıra istifadə edən insanlarda bu hal əseb pozulmasına və zamanla vərdişə çevrilə bilər.

Acı şokolad: Günün hər saatı zövqlə yeyilən şokoladı gecəni kabusa çevirən qidalardan ən başda gələnidir. Yuxu qaçıran və insana ekstra enerji verən kofein çox sevdiyimiz şokoladın içərisində kifayət qədər var. Demək olar ki, bütün şokoladlar içərisində olan kofein olur.

Sarımsaq: Yatmadan əvvəl içərisində sarımsaq olan qidalardan uzaq durun. Bunun ən başlıca səbəbi mədə yanması və yuxu nizamsızlığıdır.(minval)

Mira