Redaktor seçimi
51 ilin neftçisi fəryad edir:
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Bir səfilin harayı:
Gömrük Komitəsi belə ləğv olunur:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
Günün xəbəri

Aylıq gəlirindən nə deklorasiya verir, nə vergi ödənişi edir:Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri R.Vəliyev

 

Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri R.Vəliyev aylıq gəlirindən nə deklorasiya verir, nə vergi ödənişi edir

Yenixeber.org: İqtisadi islahatlar üçün münbit ictimai-siyasi mühitin formalaşdırılması, islahatlara ictimai etimadın təmin edilməsi üçün çevik, cəmiyyətlə işləməyi bacaran kadrların olması çox vacibdir. Bu kadrlar daha çox qeyd olunan vəzifələrin öhdəsindən gəlməli, mümkün islahatlara ictimai dəstəyi təmin edə bilməlidir. 
Dövlət başçısı İlham Əliyev hər zaman məmurlardan öz işlərinə məsuliyyətlə yanaşmağı, fəaliyyətlərində şəffaf olmağı, korrupsiyaya qarşı mübarizə aparmağı tələb edir. Son illərdə cənab prezidentin tapşırıqlarına məhəl qoymayan bir çox məmurların cəzalandırıldığının şahidi olmuşuq.
 


Təəssüf ki, hələ də bir çox dövlət idarələrində korrupsiyanın, rüşvətxorluğun hökm sürməsi ilə bağlı informasiyalar verilir. Rubrika.az saytına Xəzər Dəniz Gəmiçiliyi QSC haqqında ilginc məlumatlar daxil olub. Daha çox QSC-də baş verən qanunsuzluqlardan bəhs edən həmin məlumatları diqqətinizə çatdırır və bəzi suallarımızı cavablandırmanızı xahiş edirik. 
Verilən məlumatlarda bildirilir ki, QSC-nin sədri R Vəliyev hər ay nəzarətindəki gəmilərdən 30-40 min manat civarında gəlir əldə edir. Bu mənfəət qeyri-rəsmi qazancdır və nə qurumun fonduna, nə dövlət büdcəsinə, nə vergiyə çatır. R.Vəliyev aylıq gəlirindən nə deklorasiya verir, nə vergi ödənişi edir.
Həmçinin gəmilərin və tankerlərin təmiri adı altında milyonlarla vəsaitin mənimsənildiyi barədə daxil olan informasiyalar isə daha ciddi qanun pozuntularından və korrupsiyadan xəbər verir. Əldə etdiyimiz məlumatlara görə mənimsənilən milyonların qarşılığında gəmi və tankerlərə texniki xidmət demək olar ki, həyata keçirilmir. Məhz buna görə də, tez-tez Xəzər Dəniz Gəmiçiliyinə aid gəmi və tankerlərdə texniki nasazlıqlar baş verir.
Daxil olan məlumatlarda bildirilir ki, nizam-intizamın aşağı səviyyədə olması, vəzifə dəyişmələrində (gəmidaxili) və sertifikatlaşdırmada mövcud olan süründürməçilik və rüşvətxorluq adıçəkilən qurumda dözülməz vəziyyət yaradıb. Məlumatlarda qeyd olunur ki, nizam-intizam məsələlərinin acınacaqlı vəziyyətdə olmasının əsas səbəblərindən biri gəmi kapitanlarının vəzifələrindən sui-istifadə etməsi və rəhbərliyin onları dəstəkləməsi ilə bağlıdır. Gəmilərdə vəzifədən vəzifəyə təyin etmə prosesi Rauf Vəliyev tərəfindən təyin olunmuş qrupun nəzarəti altında həyata keçirilir. Həmin qrupun isə daha çox rüşvət toplamaqla məşğul olduğu bildirilir. 
Redaksiyamıza daxil olan məlumatlar barəsində aşağıdakı suallarımızı cavablandırmanızı xahiş edirik :

1. Xəzər Dəniz Gəmiçiliyi QSC-də gəmilərdən hər ay əldə edilən qeyri-rəsmi qazanc barədə verilən məlumatlara münasibət bildirmənizi xahiş edirik.
2. Həmçinin gəmilərin təmiri zamanı külli miqdarda vəsaitin mənimsənilməsi barədə səsləndirilən ittihamları da cavablandırmanızı rica edirik. 
3. Nizam-intizamın aşağı səviyyədə olması barədə verilən məlumatlar, həmçinin rüşvətxorluq barəsində deyilən fikirlər nə dərəcədə doğrudur?
4. Vəzifə dəyişmələrində (gəmidaxili) və sertifikatlaşdırmada mövcud olan süründürməçilik və rüşvətxorluq barədə səsləndirilən ittihamları şərh etmənizi xahiş edirik.


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr