Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sərdar Cəlaloğlundan Əli Kərimliyə sərt sözlər:“Bu, mənəviyyatsızlıqdır”

 

Partiya sədrindən Əli Kərimliyə sərt sözlər: “Bu, mənəviyyatsızlıqdır”

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbəri ağır vəziyyətində xatırlamaması, ona keçmiş olsun deməməsi mənəviyyatsızlıqdan başqa bir şey deyil”.

Yenixeber.org: Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri hesab edir ki, şəxsi münasibətlər həmin siyasətçinin daxili mənəviyyatının, siyasiliyinin güzgüsüdür:

“Azərbaycan hökuməti, Yeni Azərbaycan Partiyası bəyan etdi ki, biz İsa Qəmbəri xaricdə müalicə etməyə hazırıq. Bunun özü göstərir ki, Azərbaycan iqtidarı siyasi mədəniyyət baxımından İsa Qəmbərə şəxsi münasibətlərə görə şəfa diləməyən, keçmiş olsun deməyənlərdən yüksəkdədir”.

S.Cəlaloğlu AXCP sədrini insan sevməməkdə, siyasətə görə insanlara nifrət etməkdə ittiham edib: “Humanizm olmayan yerdə hansı siyasətdən söhbət gedə bilər? Siyasətin əsası, nəhəng daşı, insansevərlikdir. İnsan sevdiyinə görə istəyirsən ki, xoşbəxt olsun. Əgər insanı sevmirsənsə, siyasətə görə insanlara nifrət edirsənsə, siyasətin əsasından uzaq məqsədlə bura gəlmisən. Hesab edirəm ki, şəxsi münasibətlər həmin siyasətçinin daxili mənəviyyatının, siyasiliyinin güzgüsüdür. Şəxsi münasibətləri düzgün qurmayan siyasi lider ictimai, siyasi münasibətləri düzgün qurub idarə edə bilməz. Yəni, həmin adam lider, ölkə başçsı ola bilməz. Bu gün sən müxalifətdə mənimlə intriqa aparırsansa, iqtidara gələndə nə edəcəksən? “Filankəs agentdir, u belədir, o elədir” yanaşması ilə siyasət qurmaq olmaz. Vaxtilə bir cəbhədə olan insanların bu gün boş-boş məsələləri əsas götürüb, ağır məqamlarda bir-birinin yanında olmaması mənəviyyatsızlıqdan başqa bir şey deyil”.(azvision) 

Elvin Abdulqədirov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam