Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Prezidentin ayırdığı 3 milyonu bu TV-lər böləcək- Siyahı

Prezidentin ayırdığı 3 milyonu bu TV-lər böləcək

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən ayrılan 3 milyon manat "Azərkosmos"un xərcləri və digər başqa xərclər hesablanmaqla 5 özəl telekanal arasında bərabər və ədalətli şəkildə bölünəcək

 

Yenixeber.org: Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

Şöbə müdirinin sözlərinə görə, 3 milyon manat "Xəzər", “Lider”, Speys”, ATV və ARB telekanalları arasında bölünəcək:

"Bu sərəncam Azərbaycan prezidenti cənab İlham Əliyevin ölkə telekanallarına diqqət və qayğısının göstəricisidir

Sərəncam Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə imzalanıb".

N. Cavadov qeyd edib ki, sərəncamda nəzərdə tutulan məsələlərin həlli ilə bağlı MTRŞ-da iclas keçiriləcək və müvafiq qərar qəbul ediləcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspeys-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan MTRŞ-ya 3 milyon manat ayrılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam