Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ABŞ və Türkiyə Afrində üz-üzə– Şeytan planı

ABŞ və Türkiyə Afrində üz-üzə

 

 

PKK-nın Afrində möhkəmləndirilməsində əsas məqsəd terror təşkilatının İraqın şimalından başlayan və Suriyanın şimalı ilə davam edən yolla Aralıq dənizinə çıxışını təmin etməkdir

 

Yenixeber.org: Bu barədə türkiyəli köşə yazarı Taha Dağlı yazıb.

“Afrin mövqe etibarı ilə Türkiyə üçün strateji əhəmiyyətə sahib bir yerdir. Bu ərazinin kimin nəzarətində olacağını sadəcə Türkiyənin təhlükəsizlik qayğıları ilə də ifadə etmək düzgün olmaz. Bundan əlavə Afrinin iqtisadi bir önəmi var. Cənubu İdlib, qərbi Azez olan Afrin PKK işğalında qaldığı müddətdə Türkiyə üçün təhlükəsizliyə təhdid olaraq həmişə qarşımıza çıxacaq”, - Dağlı bildirib.

Türkiyəni iqtisadi cəhətdən kənarlaşdırmaq

“Məsələnin iqtisadi tərəfi PKK-nı Afrinə yerləşdirənlərin xeyrinədir və birbaşa olaraq Türkiyənin iqtisadi mənafeyini hədəfə alır. Çünki ortada Şimali İraq neftinin və qazının Aralıq dənizinə çıxışı zamanı Türkiyəni təcrid etməyə hesablanmış bir layihə var. Afrin isə bu layihənin ən vacib ünsürüdür”.

ABŞ-ın “Şeytan” planı

“Layihə Türkiyənin həm təhlükəsizliyini, həm də iqtisadiyyatını təhdid edəcək. Təbii qaz və neft ixracında Türkiyənin təcrid olunması ehtimalı həmişə gündəmdə olacaq. Bundan əlavə, Türkiyə sərhədlərində ərəb qonşu əvəzinə PKK olacaq. Bu da Türkiyənin cənubdakı ticari münasibətlərini zədələyəcək. ABŞ-ın burada məqsədi Türkiyəni zərərsizləşdirməkdən əlavə, həmçinin Suriyadakı hərbi gücünü qorumaq və eyni zamanda inkişaf etdirməkdir”.

ABŞ dəniz yoluna çıxmağı planlaşdırır

“Suriyada ABŞ-ın dənizə çıxış imkanı əldə etməsi gələcəkdə hərbi baza planları üçün zəmanət deməkdir. Bu mənada hərbi dəstəyin hava yolu ilə deyil, dəniz vasitəsilə verilməsidə əhəmiyyətlidir. Bu kolidorun yalnız iqtisadi və hərbi fəaliyyətlər üçün olduğunu da demək düzgün deyil. PKK-nın mövcud olduğu və ABŞ-ın nəzarət etdiyi marşrut isə istənilən qaçaqmalçılıq fəaliyyəti üçün açıq olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam