Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Sarkisyan prezidentliyə namizədini elan etdi -(Armen Sarkisyan) FOTOLAR

 

Sarkisyan prezidentliyə namizədini elan etdi - FOTOLAR

Ermənistanda hakim Respublika partiyasının prezidentliyə namizədi məlum olub.

Yenixeber.org: Aysor.am xəbər verir ki, prezident Serj Sarkisyan Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyanın namizədliyini elan edib.

Qeyd edək ki, A.Sarkisyan 23 iyun 1953-ci ildə İrəvanda anadan olub. İrəvan Dövlət Universitetinin fizika və riyaziyyat fakültəsini bitirib. O, müxtəlif illərdə Ermənistanın Böyük Britaniyadakı səfiri vəzifəsini tutub və hazırda da bu vəzifəni icra edir. 



Diplomat, həmçinin Avropa İttifaqı, Belçika, Niderland, Lüksemburq və Vatikanda səfir işləyib. 1995-96-ci illərdə Ermənistanın Avropa Birliyindəki nümayəndə heyətinə rəhbərlik edib. 1996-ci ilin noyabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub. O, Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan vəQazaxıstanda energetika, neft və qaz hasilatı sənayesi sahəsində fəaliyyət göstərən və 15 şirkətdən ibarət olan “Knightsbridge Group” holdinqin sahibidir.



Xatırladaq ki, Ermənistanın hazırkı prezidentinin səlahiyyətləri aprelin 9-da başa çatacaq. Ermənistanın yeni prezidentini yeddi il müddətinə parlament seçəcək. İlkin məlumatlara görə, prezident seçkisi martın 2-də keçirilə bilər.






İlkin Nəcəfzadə

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam