Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

ABŞ-ın YENİ PKK PLANININ ARXASINDA NƏLƏR GİZLƏNİR?–ARAŞDIRMA

Murat Yeşiltaş

“Anadolu” Agentliyi, 18 yanvar 2018-ci il

 

Yenixeber.org: Türkiyə, Suriya böhranının önəmli bir qismi boyunca hərbi gücünü ehtiyatda tutmağı seçdi. 2015-ci ildə PKK şəhərlərdə üsyana yönəlik yeni terror strategiyasını dövriyəyə soxduqda, təşkilatın əsl strateji hədəfinin Türkiyə deyil, Suriya olduğu aydın idi. Ancaq bu dövrdə Türkiyə öncəliyi daxilə verməyə məcbur oldu və qısa müddətdə PKK-nın “şəhər üsyanı strategiyası” Türkiyə meydanında uğursuz oldu. Lakin Suriya terror təşkilatının “yeni strategiyasını” həyata keçirməyə çalışdığı əsl meydana çevrildi.

Gəldiyimiz nöqtədə görünən odur ki, ABŞ açıq şəkildə PKK-nı öz strategiyasına vəkillik edəcək aktyor olaraq təyin edib. ABŞ bu nöqtəyə, əslində, arzu etdiyindən daha çox sürətlə gəldi. Ağ ev administrasiyası öncə İŞİD-lə mübarizəni bəhanə edərək, PKK-nı “alternativi olmayan” bir quru qüvvəsi olaraq təyin etdi və ilk hədəfini Suriyadakı rejim əleyhdarı mötədil hərbi müxalifətin sahəsinin genişlənməsini əngəlləmək olaraq müəyyənləşdirdi. Belə ki, Suriyanın şimalında İŞİD qarşısında irəliləmə potensialı olan müxalifəti, ən kritik zamanlarda belə, şüurlu şəkildə hava dəstəyindən məhrum etdi. Müxalifətin İŞİD-ə uduzduğu sahələrdə isə özünün dəstəklədiyi PKK-ya hava dəstəyi verərək, onu İŞİD-in üzərinə yönləndirdi və meydanını genişləndirməsi üçün əlindən gələni etdi. Daha da önəmlisi, Türkiyənin “Fərat qalxanı” hərəkatı sırasında ən kritik dönüşlərdən biri olan Əl-Babın İŞİD-dən təmizlənməsi mərhələsində İŞİD əleyhinə koalisiyanın bir parçası olan Türkiyəyə verdiyi hava dəstəyini minimum səviyyəyə endirdi.

Əslində ABŞ-ın hədəfi bütün Türkiyə sərhəddi boyunca PKK-ya böyük bir coğrafi sahəni təslim edərək, Suriyanın faktiki olaraq bölündüyü yeni bir xəritə ortaya çıxarmaqdır.

Türkiyə isə bu dövrdə bütün enerjisini PKK ilə PYD arasında bir fərqin olmadığını diplomatik yollarla ABŞ-a anlatmağa sərf etdi. Etdiyi ən yaxşı həmlələrdən biri“Fərat qalxanı” hərəkatını başlatmaq idi. Türkiyə hərbi baxımdan İŞİD-i öz sərhəddindən təmizləyərək, uğurlu olarkən, strateji səviyyədə də PKK-nın bütöv bir geopolitik qurşaq yaratmasının qarşısını aldı.

Bununla belə, Münbiç ABŞ-ın qoruması sayəsində, Fərat çayının qərbində bir çıxıntı olaraq qalmağa davam etdi. PKK Fəratın şərqində ABŞ-ın hərbi və siyasi himayəsi altına girən, hərbi imkanlarını artıran, Rakkanın İŞİD-dən alınması ilə coğrafi dərinlik qazanan, neft və narkotik daxil olmaqla, bütün qeyri-qanuni gəlirlərlə iqtisadiyyatını inkişaf etdirən terror təşkilatına çevrildi. ABŞ bu proseslərin hamısına yaxından dəstək verdi. Yəni, hər şey ABŞ-ın gözləri önündə yaşandı.

 

ABŞ-ın yeni hiyləgərliyi – “Sərhəd Mühafizə Gücü”

 

ABŞ hakimiyyəti indi yeni bir strategiyanı da dövriyəyə soxub. Tramp administrasiyasının bu məsələdə necə bir təsirinin olduğunu tam olaraq müəyyən etmək, demək olar ki, imkansız olsa da, təhlükəsizlik bürokratiyası başda olmaqla, CENTCOM-un Suriya və Iraq strategiyasında PKK önəmli yer tutur. Geridə qalan bir çox örnək bu strategiyanı ifşa etmək üçün açıq-aydın nümunələr təqdim edir. Bu strategiya Trampın ümumi xarici siyasət baxışı ilə maraqlı bir şəkildə uyğunsuzluq göstərir və bu səbəblə, onun bu məsələyə nə qədər hakim olması xeyli mübahisəlidir. Gəlinən nöqtədə görünən odur ki, prezident Ərdoğanın da bu strategiyaya son verməsi ilə bağlı olaraq, Trampdan gözləntisi başa çatıb.

Bu mərhələdən sonra ABŞ, PKK məsələsində müzakirə aparılacaq aktyor olmaqdan çıxmış durumdadır. Bu durumun çox ciddi anlamları vardır. Türkiyə hərbi və siyasi səviyyədə sadəcə Fəratın qərbindəki PKK mövcudluğu ilə maraqlanmayacaq, eyni zamanda cənub sərhəddini tamamilə PKK-dan təmizləmək üçün çalışacaq. Başqa sözlə, əgər ABŞ ana sütunlarını PKK-nın təşkil etdiyi “Şimal Ordusu”nu və ya indiki adı ilə “Sərhəd Mühafizə Gücü”nü dəstəkləməyi, genişləndirməyi və əməliyyat keçirə biləcək hala gətirməyi istəyirsə, Türkiyənin hədəfi halına gələcək.

Prezident Ərdoğanın mesajlarındakı ton diqqətə alınarsa, Türkiyə geri addım atmayacaq. ABŞ geri addım atmazsa və mövcud siyasətinindən vaz keçməzsə, Türkiyənin hədəfi halına gələcək.

Bu tablonu Ağ ev və Pentaqon da oxşar bir şəkildə oxuyur, yəqin. Ancaq deyə bilərik ki, onlar baxımından kritik olan Türkiyənin PKK məsələsində Suriyada hərbi olaraq nə qədər ciddi olduğunu göstərməsidir. Yəni, Türkiyə irəli getməzsə, ABŞ daha da irəli getmək istəyəcək. 

Ancaq ya elə, ya da belə, bundan sonra PKK-nın ABŞ-ın vəkalət gücü olduğunun daha açıq bir şəkildə göstəriləcəyi bir strategiya olaraq, “Sərhəd Mühafizə Gücü”strategiyası həyata keçirilməyə çalışılacaq. Bax, elə tam da bu nöqtədə Türkiyənin yuxarıda ifadə edilən qısa tarixi arxa planı sürətli bir şəkildə yenidən düşünməsi lazımdır. Yəni, bu günlərdə – hər kəsin gözünü-qulağını Afrinə doğru yönəltdiyi bir vaxtda, Türkiyənin PKK ilə mübarizədə ağırlıq mərkəzinin harada yerləşdiyini yenidən hesablaması lazımdır. Bu öncəlik sıralamasında Afrinin təkbaşına hədəf alınması ABŞ-ın “Sərhəd Mühafizə Gücü” vasitəsilə sahib olduğu planı daha asan şəkildə həyata keçirməsi mənasına gələ bilər. İŞİD-ə qarşı koalisiyanın mətbuat katibinin Türkiyənin mümkün Afrin əməliyyatına yönəlik “Afrinin koalisiyanın əməliyyat sahəsi daxilində olmadığını” ifadə etməsi və onun ardınca gələn“Afrindəki PYD ilə əlaqəmiz yoxdur” açıqlaması bu baxımdan maraqlı bir çıxış olaraq dəyərləndirilə bilər. Görəsən, ABŞ Türkiyəni Afrinə yönəldərək, ABŞ-PKK münasibətilə bağlı öz siyasətini yumşaltmaqmı istəyir?

 

Baş tutması çətin hesablar

 

ABŞ-ın “Sərhəd Mühafizə Gücü” ilə qısa və orta müddətdə həyata keçirməyə çalışdığı plan Türkiyəni bu gün olduğundan daha da çətin olan bir duruma sala bilər.ABŞ-ın hədəfinin Türkiyəni Afrinə yönəltməklə, həm burada Rusiya ilə əldə edilən razılaşmanı pozmaq, həm də Türkiyənin Afrin sahəsində əldən düşməsini təmin etmək olub-olmadığını yenidən düşünmək lazım gəlir.

Ayrıca, “Sərhəd Mühafizə Gücü”nün planlaşdırılmış məzmun və xarakteri etibarı ilə qiymətləndirilməsi aparılarsa, ABŞ-ın PKK-nı çevirməyə yönəlik olan bir strategiyanı dövriyyəyə soxmağa çalışdığı da görülə bilər. ABŞ-ın 30 min nəfərlik gücün 15 minlik hissəsini mövcud olan Suriya Demokratik Gücləri (SDG), yəni, PKK daxilindən təmin etməyi planlaşdırarkən, yerdə qalan 15 minlik hissəsini isə“yeni işə alma” formasında həyata keçirəcəyi anlaşılmaqdadır.

Belə bir hərbi güc PKK-nın nəzarətindəki terrorist sayında əhəmiyyətli artıma səbəb olacağı üçün, yaxın dövrdə Türkiyəyə daha ciddi təhdid təşkil edəcəkdir.

Digər tərəfdən, bu gücün ərəblərin razı salınması ilə etnik homogenliyi görünüş olaraq dağıdacağı PKK-nın çevrilməsi strategiyasının bir parçası olaraq işə yarayır. Həqiqətən, ABŞ-ın müşahidəsi altında qurulan “Qadın Hərbi Akademiyası”na son dövrlərdə ərəb qadınlarının qatılmasında baş verən yüksəlişin bu baxımdan diqqətə alınması lazımdır. Xüsusilə, PKK-nın ərəb coğrafiyasına doğru yayılmasının da SDG-yə qatılan ərəblərin sayının artmasına səbəb olduğunu unutmamaq lazımdır.

SDG-nin planlaşdırılan strukturu bununla da məhdudlaşmır. İŞİD-lə mübarizə kontekstində ABŞ-ın verdiyi silah PKK-nın silah inventarında əhəmiyyətli çeşidliliyi təmin edib. Yaradılması planlaşdırılan yeni “Sərhəd Mühafizə Gücü” ABŞ-ın PKK-ya verdiyi silah və təchizat dəstəyini davam etdirmək üçün yeni səbəb olub. 

ABŞ-ın ağlında PKK-nı sözdə “Şimal Ordusu” kontekstində çevirərək,“ərəbləşdirmək” kimi bir strategiyasının olub-olmadığını anlamaq çətin olsa da, PKK-nın bu ordunun ana ünsürü olmaqdan çıxmaq istəyəcəyini söyləmək daha çətindir. Bu üzdən, öncəliklə hesaba alınması lazım olan ABŞ-ın yeni planındakı PKK-nın gələcəkdə Fəratın şərqində öhdəsindən gəlinməsi daha çətin olan bir hərbi problemə çevrilə biləcəyini nəzərə alaraq, Türkiyənin yeni hərbi strategiyasının formalaşdırılmasıdır.

ABŞ-ın yeni PKK strategiyası sadəcə təşkilatın xarakterində bir dəyişikliyin ortaya çıxarılmasını təmin etmək deyil. ABŞ administrasiyası, əgər yarada bilərsə, bu gücü deyildiyi kimi İŞİD-ə qarşı müdafiə məqsədilə istifadə etmək niyyətində də deyil.Çünki istər İŞİD-in Suriya və İraqda tutduğu sahənin minimuma endirilməsi, istərsə də söhbəti gedən “Sərhəd Mühafizə Gücü”nün sözdə qorumalı olduğu sahənin miqyası diqqətə alındıqda, ABŞ-ın bu gücü hücum məqsədilə istifadə edəcəyini də söyləyə bilərik.

Ağıla ABŞ-ın bu mərhələdə bu gücü kimə qarşı istifadə edəcəyi sualı gəlir. Bu gücün öncəliklə Fəratın şərqinə yönəlik mümkün bir hərbi əməliyyata qarşı müdafiə xətti yaratmaq üçün Türkiyənin sərhəddi boyunca yerləşdiriləcəyini təxmin etmək heç də çətin deyil. Bu bölgədə ağırlıqlı olaraq PKK ünsürlərinin yerləşdiriləcəyi anlaşılır.

Digər tərəfdən, bu gücün bir qisminin də qərbə, Türkiyənin “Fərat qalxanı” hərəkatı bölgəsinə yönəlik olaraq yerləşdirilməsi də söhbət mövzusu olacaq. Bu güc də əsasən PKK-dan təşkil ediləcək, ancaq görüntü üçün ərəblər gözə çarpacaq şəkildə önə çıxarılacaq. Fərat çayı boyunca cənuba doğru enincə isə bu güc vasitəsilə Suriya rejiminə qarşı bir müdafiə xəttinin yaradılmasının istəndiyi anlaşılır. Burada isə daha çox ərəblərin üstünlük təşkil etməsi gözlənilir.

Beləliklə, ABŞ Rakkaya doğru “sallanan” PKK-nı olduqca geniş bir coğrafi sahəyə yayaraq, həm Türkiyənin hərbi müdaxiləsindən uzaq tutmuş olacaq, həm də PKK-ya özünü qoruya biləcəyi müdafiə dərinliyi yaratmış olacaq.

Bu yeni planın digər bir ayağını isə ABŞ-ın Suriyaya yönəlik “separatçı” siyasəti təşkil edir. Bu günədək aparılan dəyərləndirmələr ABŞ-ın Suriyada böhranın ilk mərhələlərində sahib olduğu strateji üstünlüyü, Obamanın çəkingən siyasətləri səbəbilə, Rusiyaya verdiyi yönündə idi. Ancaq əslində durumun tam tərsinə olduğu sonradan daha aydın şəkildə ortaya çıxdı. Şübhəsiz, bu dəyişikliyin İŞİD-in Suriya və İraqı sabitsizləşdirməsindəki rolu böyük olsa da, ABŞ hakimiyyəti İraq və Suriyadan ibarət olan geniş bir coğrafiyada nüvəsini PKK-nın təşkil etdiyi gücə sahib olmanın regional xaos içində istifadəyə yararlı alət olduğunu gördü.

Əgər ABŞ bunu Suriyada bacara bilərsə, PKK üzərindən ərazi muxtariyyatı tələbilə Suriyanın siyasi olaraq da bölünə biləcəyi bir ssenarini dövriyəyə soxmuş olacaq.

Beləliklə, İraqın şimalı ilə birlikdə dəyərləndirdikdə, böyük bir coğrafiyanı özü üçün istifadəyə yararlı hala gətirərək, yaratdığı geniş geopolitik nüfuz sahəsilə region ölkələrinə daha artıq təzyiq etmək imkanı əldə edəcəkdir.Beləcə, ABŞ, bu geopolitik qurşaq daxilində şərq-qərb xəttini tutan PKK-nın daha sərt bir muxtariyyatını, hətta zaman keçdikcə beynəlxalq təminatı olan siyasi və hərbi gücünü möhkəmləndirmiş olacaqdır. 

Yekun olaraq, söhbət mövzusu olan “Sərhəd Mühafizə Gücü”nün eyni zamanda Suriyanın parçalanması işinə xidmət edəcəyi də aydındır.

Bu gücün yaxın gələcəkdə İranın şiə vəkil ünsürlərini meydanda balanslaşdırmaq məqsədinə xidmət edəcəyini də söyləmək mümkündür. Ancaq ortada hələlik bir İran planının olmaması bu durumun reallaşmasının qısa bir zamanda mümkün olmayacağını göstərir.

Üstəlik, bu durumun Suriyada və Orta Şərqdə yeni bir Rusiya-ABŞ rəqabətinə çevrilməsi ehtimalı da bu planı reallaşdırmağı çətinləşdirə bilər.

Belə bir geopolitik vəziyyətdə Türkiyə PKK-ya yönəlik mübarizədə öz ərazisi ilə bərabər, hərbi olaraq Suriyaya da öncəlik verməyə məcburdur. Bu üzdən, Fərat çayının qərbini hədəf alan bir PKK strategiyası və ABŞ-ın mövqeyinə indekslənmiş bir siyasət PKK təhdidini hər zaman olduğundan daha ciddi ölçülərə daşıya bilər.Türkiyə PKK məsələsində öz siyasətini zorla qəbul etdirmək üçün hərbi gücdən istifadə etmək üstünlüyündən vaz geçmədiyi müddətcə, ABŞ-ın yeni PKK planını poza bilər.

Tərcümə: Strateq

 

Qeyd: Sakarya Universitetinin Beynəlxalq əlaqələr bölümünün müəllimi, Orta Şərq Tədqiqatları Mərkəzinin tədqiqatçısı olan Dr. Murat Yeşiltaş eyni zamanda SETA-nın Təhlükəsizlik araşdırmaları üzrə direktorudur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam