Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

20-yə yaxın gömrük əməkdaşına cinayət işi açılıb

 

20-yə yaxın gömrük əməkdaşına cinayət işi açılıb

2017-ci ildə dünyada iqtisadi böhran bir az səngisə də, Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olub.

Yenixeber.org: xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında deyib.

Komitə sədrinin sözlərinə görə, keçən il xarici ticarət əməliyyatlarının həcmi ümumi 22 milayrd dollardan yuxarı olub. “Bunun 13 milayrd dolları ixrac, 8 milyard dolları idxal əməliyyatlarıdır. Xarici ticarətdə 5 milayrd dollar müsbət saldo qeydə alınıb”.

Valyuta axını barədə danışan komitə sədri qeyd edib ki, ötən il 291 milyon dollar idxal olunub: “Gömrük orqanları qarşısına büdcə ilə bağlı qoyulan proqnoz 16 faiz artıqlaması ilə yerinə yetirilərək büdcəyə 2 milyard 608 milyon manat toplanılıb. 2017-ci ildə 2,608 milyard dollar daxilolma qeydə alınıb. Ötən il ərzində qaçaqmalçılıq yolu ilə 2770 kiloqramdan artıq narkotik vasitə, prixotrop maddə aşkar olunaraq götürülüb. Ölkədən 1,600 milyon dollar, 22 milyon rus rublunun qanunsuz çıxarılmasının qarşısı alınıb. Həmçinin ötən il qanunsuz olaraq ölkədən çıxarılmağa çalışılan 1 milyon 200 min manatdan yuxarı qızıl zinət əşyaları aşkar olunaraq gömrük orqanları tərəfindən götürülüb”.

A.Əliyev bildirib ki, 2017-ci ildə 20-yə yaxın gömrük əməkdaşı ilə bağlı cinayət işi açılıb: “Onlardan 10 nəfəri ilə bağlı birbaşa prokrorluq orqanlarına şikayət olunub, 7 nəfər barədə isə gömrük idarəsinin tərkibindəki istintaq idarəsi tərəfindən araşdırma aparılır. Gömrük idarəsinə daxil olan şikayətlərin 95 faizindən çoxu fiziki şəxslərlə bağlı olub ki, bunun da əksəriyyəti aksizli mallarla bağlıdır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam