Redaktor seçimi
51 ilin neftçisi fəryad edir:
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Bir səfilin harayı:
Gömrük Komitəsi belə ləğv olunur:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
Günün xəbəri

Saday Şəkərli azadlığa çıxmaq istəyir

 

Saday Şəkərli azadlığa çıxmaq istəyir

Hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan yazıçı-şair Saday Şəkərli vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.

Yenixeber.org xəbər verir ki, bu barədə açıqlamasında S.Şəkərlinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib.

Vəkil bildirib ki, S.Şəkərli Nizami rayon Məhkəməsinə müraciət ünvanlayıb: "Qanunvericiliyə edilən son dəyişiklikdən sonra Saday Şəkərli müraciət hazırladı. O, 2015-ci ildə həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının yarısını artıq çəkib. Yeni dəyişikliyə görə, onun azadlığa buraxılması mümkündür. Yəni, artıq iş üzrə mülki iddiaçı yoxdur, maddi ziyan yoxdur, ailə vəziyyəti və səhhətindəki problemlər məhkəmə tərəfindən nəzərə alına bilər. Bu məqsədlə o, Nizami rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xahiş edib ki, vəziyyəti nəzərə alınaraq azadlığa buraxılsın".

F.Mehtiyev bildirib ki, S.Şəkərlinin şikayəti hələlik məhkəmədə icraata verilməyib.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhər sakini S.Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan, faktla bağlı onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfinin qərardan verdiyi kassasiya şikayətini Ali Məhkəmə təmin etməyib.(trend)

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr