Redaktor seçimi
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Bir səfilin harayı:
Gömrük Komitəsi belə ləğv olunur:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Günün xəbəri

Azərbaycanda doğum evlərinin “moyka”sına ehtiyac var?

Azərbaycanda doğum evlərinin “moyka”sına ehtiyac var?

 

 

Rusiyada doğum evləri profilaktik sanitar-gigiyenik işlənilmə, asan dillə desək, “moyka” məqsədilə ildə iki dəfə bağlanır (birinci bir həftə, ikinci isə bir aya yaxın davam edir)

 

Yenixeber.org: Bu “tətillər” baş həkimin öz seçimi deyil, sterilizasiyanı hər şeydən üstün tutan səhiyyə orqanı üçün zəruri bir prosedurdur (Rusiyada səhiyyə üzrə şəhər komitəsinin reqlamentində nəzərdə tutulub).

İnfeksiya çox asan yayılır,  anaların və yeni doğulmuş körpələrin həyatına təhlükə yarada bilər. Ona görə də bütün otaqların və mebellərin gündəlik olaraq dezinfeksiyası, mütəmadi nəm təmizləmə, paltarların, sarğı materiallarının və əlbəttə ki, cərrahiyyə alətlərinin sterilləşdirilməsi – icbaridir. Təmizliyi qorumaq və istənilən növ infeksiya mənbələrini aradan qaldırmaq üçün planlı şəkildə təmizləmə işləri aparılır.

Yuma müddətini elə təmir müddətinə bərabər tutmaq olar, belə ki, bütün səthlər xüsusi yuyucu vasitələrlə dezinfeksiya olunur, mebel və bütün alətlər, cihazlar, hətta elektrik lampaları  sterilizasiya olunur. Əlavə olaraq bütün palata və cərrahiyyə otaqları ultra-bənövşəyi lampalarla şüalandırılır.  

Yumanın başlandığı tarixdən prosedurun yekunlaşmasına bir həftə qalanadək doğum evi hamilə qadınların qəbulunu dayandırır.

Xəstəxanada qalan qadınlar durumlarından asılı olaraq, ya evə buraxılır ya da başqa doğum evinə köçürülür.  Əvvəlcədən uşağı rahat şəkildə dünyaya gətirmiş qadınlar tələsik şəkildə evə buraxıla bilər, yəni 5-6 gün qalmalarına ehtiyac yoxdur.

Müxtəlif doğum evləri haqqında şayiələr gəzir ki, guya oranın həkimləri xəstəxananın vaxtında bağlanması üçün doğumları stimullaşdırmaqdan belə çəkinmir.

Doğum evlərinin bağlanacağı müddət qabaqcadan təsbit olunur. Profilaktik-sanitar işlərin aparıldığı Moskva doğum evlərində prosedurun müddəti ilə bağlı qrafik öncədən ictimaiyyətə açıqlanır.

Bəs Azərbaycanda bu işlər necə aparılır?

Milli Məclisin səhiyyə komitəsi sədrinin müavini Musa Quliyevbildirib ki, Azərbaycanda doğum evlərində sanitar-gigiyenik, dezinfeksiya və sterilizasiya işləri mütəmadi aparılsa da, doğum evləri bağlanmır: 

“Bütün ölkədə sanitar-gigiyenik işlərin görülməsi üçün doğum evlərinin bir həftəlik, yaxud bir aylıq bağlanmasına ehtiyac yoxdur, bu, məntiqsizdir. Nəyə görə doğum evi bir həftə işləməməlidir?

Bizdə sanitar-gigiyenik və dezinfeksiya işləri hissə-hissə aparılır. Təkcə doğum evlərində yox, bütün tibb müəssisələrində və insanların çox toplaşdığı məkanlarda”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, Azərbaycanda doğum evlərində sanitar-gigiyenik, dezinfeksiya və sterilizasiya işləri, əsasən, bayram və qeyri-iş günlərində Bakı Şəhər Dezinfeksiya Stansiyası tərəfindən həyata keçirilir.

 


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr