Redaktor seçimi
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Bir səfilin harayı:
Gömrük Komitəsi belə ləğv olunur:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Günün xəbəri

Parisdə həbsxanada qiyam -123 məhbus kameralara qayıtmaq istəmir

 

Yenixeber.org: Paris yaxınlığındakı Flöri-Meroji həbsxanasında 123 məhbus kameralara qayıtmaqdan imtina edib.

Məlumata görə, hadisə yerinə təhlükəsizlik qüvvələri və polis cəlb edilib.

Eyni zamanda, həbsxana rəhbərliyi hadisənin zorakılıqla müşayiət olunmadığını bildirir.

Qeyd edək ki, ötən həftənin sonlarından etibarən Fransada həbsxana nəzarətçiləri təhlükəsizlik tədbirlərinin kifayət qədər olmamasından şikayət edərək aksiyalar keçirirlər. Bir neçə gün əvvəl həbsxanaların birində 50-yə yaxın nəzarətçi işə çıxmaqdan imtina etmişdi.

Ötən gün isə Fransanın paytaxtı Paris yaxınlığında 4 əcnəbi vətəndaş həbsxanadan qaçıb.

Trend-in məlumatına görə, məhbuslar pəncərədə dəmir barmaqlıqları mişarlayaraq döşəküzlərindən hazırlanmış ip vasitəsilə qaçıblar.

Qaçan məhbusların milli mənsubiyyəti açıqlanmır.(trend)


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr