Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

HOVSAN Quşçuluq MMC-nin əmlakı geri alınır– Rəsmi

 

 

 

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti Hövsan Quşçuluq MMC-ni məhkəməyə verib. Hazırda ASC ilə MMC arasnda məhkəmə prosesi davam edir

 

Yenixeber.org: ASC-nin iddiaları proses zamanı qismən təmin edilib. Məlumata görə, MMC məhkəmənin çıxardığı qərarla razılaşmadığı üçün apellyasiya şikayəti verib.

Hövsan Quşçuluq MMC-dən faktı təsdiqləyiblər. MMC-dən verilən məlumata görə, iki qurumun məhkəmə çəkişməsinə səbəb “Hövsan Quşçuluğ”un iqtisadi durumu ilə bağlıdır:

“2016-cı ildəki iqtisadi durum nəticəsində yem qiymətlərinin qalxması kimi problemlər ödəməmizin gecikməsinə səbəb oldu. Aqrolizinq ASC-nin bizi məhkəməyə verməsinə səbəb də bu gecikmədir. Məhkəməmiz hələ davam edir. Bu müddət ərzində biz ASC-nin rəhbərliyi ilə görüşüb vəziyyəti izah etmək istəyirik ki, bizə bəzi məsələlərdə güzəşt etsinlər”.

Hövsan Quşçuluq MMC-nin əməkdaşı bildirib ki, ASC rəhbərliyinə təklif irəli sürüblər:

“Təklifimiz var ki, az-az müəyyən məbləğ ödəyək. İqtisadi durumumuza görə hazırda vəsaiti birdəfəlik ödəyə bilmirik. Bu təklifimizlə razılaşsalar, inanırıq ki, məhkəmə də yekunlaşacaq”.

Qeyd edək ki, “Foodinfo.az” saytın məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edən ASC quşçuluq şirkətindən pul vəsaitinin tutulması, müqavilənin ləğv edilərək lizinq obyektinin və onun yerləşdiyi tikilinin kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması barədə tələb irəli sürüb.

 

Hövsan Quşçuluq MMC ölkənin ən iri quşçuluq müəssisələrindən biridir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam