Yenixeber.org: Dünya tarixi ilə əksəriyyətiniz kitablardan və internetdən yüzlərlə yazı oxumusunuz, televiziyada dəfələrlə sənədli filmlər izləmisiniz. Ammaheç bir yazı o gündə çəkilmiş bir foto qədər effektli olmur. Bu yazıda sizə tarixin tozlu səhifələrindən günümüzə gəlib çıxmış bir çox fotonu təqdim edəcəyik.
1. Bosniyalı bir qadın müharibə zamanı həlak olan və kütləvi məzarda basdırılmış oğlunun cəsədinin üzərində yas tutur (1992-ci il).
2. Bir az sonra atəşlənəcək topun ağzına bağlanaraq öldürülməsini gözləyən iranlı (XIX əsrin sonları).
3. Qızıl axtaranlar qara-qışa baxmadan Çilkoot keçidini keçir (1898-ci il).
4. Dünyanın ən məşhur həbsxanalarından olan Alkatrasdan buraxılan son məhbuslar (1963-cü il).
5. Müharibədə təslim olan Yaponiya əsgərləri azad etdikləri amerikalı əsrlərin öünündə baş əyir (1945-ci il).
6. 1929-cu ildə cinsi münasibətlərlə bağlı verilən dəsdən bir görüntü. Maraqlı üz ifadələri.
7. Fotoqraf Uilli Georqun Varşava gettosundan bir fotosu.
8. Hər dəfə güllə atanda şəkil çəkmək xüsusiyyəti olan silah (1938-ci il).
9. Amerika əsgərləri tərəfindən vurulan Yaponiya ordusuna məxsus 4 motorlu kəşfiyyat, karqo və bombardman vəzifələrini yerinə yetirən dəniz təyyarəsi (24 oktyabr, 1943-cü il).
10. Böyük bir partlayışın baş verdiyi Vesuvius vulkanında çörək qızartmğa çalışan ABŞ əsgərləri (18 mart, 1944-cü il).
11. Otel sahibi qara dərili insanların çimdiyi hovuza kimyəvi maddə tökür (1964-cı il, Kaliforniya).
12. II Dünya müharibəsi cəbhəsində Şükran Günü (rəngləndirilmiş foto).
13. Sovet ordusunun ən yaxşı snayperlərindən bir olan Roza Şanina (1943-cü il).
14. I Dünya müharibəsi zamanı ingilis fotoqrafın çəkdiyi foto (1917-ci il).
15. Türk bayrağı və türk əsgərini görən Kipr türkü sevincdən ağlayır (Kipr Barış Hərəkatı).
16. "İşıq Katedrali"ndə faşistlərin mitinqi (1937-ci il).
17. Məhəmməd Əli Klivlend Uilyamsı 3-cü raunda nakauta salır (1966-cı il).
18. İrlandiyalı uşaqlar ingilis əsgərləri ilə üz-üzə (Derri, Şimali İrlandiya, 1972-ci il).
19. Mont Blankın ölən dostların cəsədləri ilə poz verən xilasedicilər (1895-ci il).
20. Partlamayan top mərmisini yoxlayan ingilis əsgəri (Belçika, 1917-ci il). 
Aydın