Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Gələcək bu valyutanın olacaq- Ekspert

 

 

2018-ci ilin geridə qalan günləri kriptovalyutalar üçün heç də uğurlu olmadı

 

Yenixeber.org: Bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bitkoinin son bir ayda 41 faiz, bu ilin son 10 günündə isə 34 faiz dəyər itirdiyini bildirib:

“Cənubi Koreyanın bitkoinləri ilə əməliyyatları qadağan etmək istəyi virtual valyutanın mövqeyini ciddi şəkildə silkələdi. Bitkoinlə yanaşı, digər əksər kriptovalyutaların da dəyərində azalmalar müşahidə edilir. Bu arada, əksər beynəlxalq maliyyə qurumları ilə yanaşı, bir sıra Avropa Birliyi ölkələrindən də kriptovalyutalarla bağlı ehtiyatlı açıqlamalar gəldi. Bitkoindəki köpüklər partlayırmı?”

Ekspert bildirib ki, əslində, öncədən əksər beynəlxalq qurumlar bitkoinin qiymətinin 8 min dolları keçəcəyi halda köpüklərin yaranacağını proqnozlaşdırmışdı:

“Aydındır ki, əksər mərkəzi bankların xoşlamadığı virtual valyutaların qlobal bazarda özlərinə yer tapması asan deyil və bu, zaman tələb edəcək. Blokçeyn üzrə əməliyyatlar ənənəvi bankçılığa tələbi azaldır. Sadəcə, bu kontekstdən də hələlik nə əksər mərkəzi banklar, nə də kommersiya bankları virtual valyutaları xoş qarşılayırlar”.

İqtisadçı vurğulayıb ki, kriptovalyutaların gələcək taleyi birbaşa aparıcı dövlətlərin onlara münasibətindən asılı olacaq:

“Aparıcı ölkələr bitkoinlərin istifadə dairəsini məhdudlaşdırmaqda davam edərlərsə, o zaman yeni qiymət azalmaları qaçılmazdır. Amma əgər ABŞ bitkoinləri dəstəkləyərsə, o zaman kriptovalyutalar “ayaqda dura” bilərlər. Bütün hallarda isə gələcək virtual valyutaların olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam