Redaktor seçimi
Ağciyər Xəstəlikləri İnstitunda HƏQİQƏTdənkənar özününümayiş:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
ON İLLİYİN PROQNOZU –
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
DÜNYA 2018-ə 1,67 TRİLYONLUQ HƏRBİ BÜDCƏ İLƏ GEDİR-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Uzaqgörən siyasət nümunəsi
Günün xəbəri

İcra başçısının adı 12 min manatlıq qalmaqalda

 

 

   Binəqədinin icra başçısı ev tikmək istəyənlərdən 12 min manat tələb edir, yığım işini isə nazirin yaxın qohumuna həvalə edib
 Binəqədi rayonunda torpaq aldıqadan sonra, üzərində ev inşa etdirmək məşəqqətə çevrilib.
   "Xeberinfo.com": Məlumata görə, icra başçısı Xaləddin İsgəndərov vəzifə başına keçdikdən sonra İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində dəyişiklik edilsə də, ilk əvvəl qiymətlərdə hər hansı bir yenilik edilmədi. 
   Məlumata görə, bir müddət davam edən proses sonradan məcrasını dəyişdi. Və İsgəndərov həmböyük pullar qazanmaq, həm də rayondakı tikiti işlərinə əlavə maliyyə vəasiti toplamaq üçün daha bir vasitəyə əl atıb. Daxil olan xəbərlərdə deyilir ki, son iki aydır Binəqədi İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi ev tikmək istəyənlərə yeni “qiymət cədvəlini” təqdim edib. Belə ki, əvvəllər 3-5 min manara başa gələn bu tikinti razılığı, hazırda 12 min manata qaldırılıb. 
Qeyd edilir ki,bilavasitə icra başçısı Xaləddin İsgəndərov tərəfindən verilən tapşırığa əsasən bu məbləqdən bir qəpik belə çıxılmır. Və məsələ belə əsaslandırılır ki, guya, rayonda həyata keçirilən bütün tikinti işləri üçün büdcədən yetərli qədər maliyyə ayrılmır. Üstəlik, yuxarı orqanlar onlara təlimat verib ki, bu cür işlərdən topladıqları pullarla tikinti işlərini maliyyələşdirsinlər. Ortaya atılmış bu iddianın nə dərəcədə doğru olub-olmadığı məlum deyil. Bilinən odur ki, İsgəndərov açıq bazar yaradıb və heç bir şey gizli həyata keçirilmir. 
Qəribə hal odur ki, vətəndaşdan fərdi ev tikə bilməsi üçün 12 min manat alan Binəqədi İcra Hakimiyyəti onlara tutarlı sənəd vermir. Əksinə, ev tikmək istəyənin diqqətinə çatdırılır ki, ona yalnız adi arayış verə biləcəklər. Arayışın məzmuni isə təqribən belədir: “Binəqədi rayon İcra Hakimiyyətinin filan ərazidə inşa edilmiş tikilidən xəbəri var”. Bu kağızla isə nə kupça almaq olar, nə də tikilinin sahibinə aid olduğunu təsdiqləmək. 
Araşdırmalar nəticəsində o da məlum olub ki, yığılan pullar birmənalı olara icra başçısına çatmır. Hətta belə bir iddia da var ki, bu yığım prosesi birbaşa vergilər naziri Fazil Məmmədovun yaxın adamlarından birini nəzarəti altındadır. İcra Hakimiyyətindən gələn xəbərlərdə deyilir ki, nazirin qohumunun adının işin içində olması Xaləddin İsgəndərov üçün çox vacibdir. Çünki sabah ondan bu məsələni soruşduqda, ünvan göstərə bilsin. Amma o da sirr deyil ki, həqiqətən də pul yığmaq işi nazirin qohumunun nəzarəti altındadır. 
 

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr