Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Serbiya siyasətçisi Kosovoda öldürüldü



Serbiyanın “Azadlıq, demokratiya, həqiqət” vətəndaş təşəbbüsünün lideri Oliver İvanoviç Kosovoda sui-qəsd nəticəsində öldürülüb.

Yenixeber.org: TASS bildirir ki, bunu siyasətçinin vəkili Neboş Vlaiç bildirib. Onun sözlərinə görə, Oliver İvanoviç beş güllə yarası alıb.

Siyasətçi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Polis sui-qəsd faktını təsdiqləyib. Hazırda hücum edənlərin axtarışı aparılır.

İvanoviçin öldürülməsi ilə əlaqədar Serbiya prezidenti Aleksandr Vuçiç Milli Təhlükəsizlik Şurasının iclasını keçirib və Oliver İvanoviçin Kosovada qətlə yetirilməsini terror aktı adlandırıb.

Bu arada məlum olub ki, qətldən sonra Serbiya nümayəndə heyəti Brüsseldə Kosovo-Alban hakimiyyəti ilə dialoqun qarşıdakı raundunda iştirakdan imtina edib. RTS bildirib ki, bu haqda Serbiya hökumətində Kosovo və Metoxi üzrə dəftərxananın direktoru Marko Djuriç məlumat verib.

"İvanoviçin qətli Kosovonun şimalında xaos doğurmaq məqsədi ilə cinayətkar, pisniyyətli əməldir", - deyə o vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam