Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti

 

 

Yenixeber.org: “Nar” ilə smartfona sahib olmaq indi daha asandır. Belə ki, from.ae internet səhifəsində smartfonlar “Nar” abunəçiləri üçün xüsusi endirimli qiymətlərlə təklif edilir. Hər bir “Nar” istifadəçisi az.fromae.com/az/nar3keçidinə daxil olaraq öz nömrəsini qeyd etməklə endirim qazanmaq şansını yoxlaya bilər.

 

Qeyd edək ki, bu fürsət from.ae internet mağazası ilə loyallıq proqramı çərçivəsində təqdim edilir.  Bu proqramdan yararlanmaqla abunəçilər sərfəli qiymətə smartfonlar əldə edərək “Nar”-ın 3G və 4G yüksəksürətli mobil internet xidmətlərindən yararlana biləcəklər. Məsələn, “Nar”-ın tamamilə yeni “Full” paketlərindən birinə qoşulan abunəçilər bu sərfəli təklif sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayacaqlar. Ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan “Nar” istifadə edilməyən bonusların bir sonrakı aya keçməsini məhz “Full” paketi ilə təmin etdi. 

 

“Nar” internet paketləri və təqdim edilən fürsətlər barədə ətraflı məlumatı mobil operatorun rəsmi internet səhifəsindən (nar.az) və ya sosial şəbəkələrdəki “Nar” səhifələrindən əldə etmək olar.

 

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice)xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam