Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rza Zərrabla fövqəlnazirin görünməyən izləri -ARAŞDIRMA

Rza Zərrabla fövqəlnazirin görünməyən izləri - ARAŞDIRMA


Gürcüstan üzərindən Avropaya göndərilən və içərisində 7 ton “Antlhidrat turşusu” olan tir bir neçə il öncə Bolqarıstanda saxlanılmışdı. Cinayətkar aləmdə “kürd Derej” ləqəbli avtoritetin müdaxiləsi ilə tir “razılaşdırılaraq” sərhəddən buraxıldı

Yenixeber.org: Əldə edilən məlumatlar onu göstərir ki, “Teleqraf” MMC-nin sahibi – mütləqi Aynur Camalqızı Fövqəladə Hallar nazri Kəmaləddin Heydərovunda yer aldığı monopolist qrupun içərisindədir. Xatırladaq ki, “TransBroker” MMC-yə rəhbərlik edən Əbülfəz Məlikov və Aynur Camalqızının həyat yoldaşı İlqarın ölkə gömrüyündə yaratdıqları məlum qrup əslində ölkə vətəndaşlarının bu gün üzləşdiyi iqtisadi mərhumiyyətlərin bilavasitə səbəbkarıdır. Aynur Camalqızının son vaxtlar özünü ölkə başçısına və xalqa sədaqətli sırıma siyasəti sadəcə diletant təsiri bağışlayır. İnsanların əllərində olduğu vəsaitin əsasən qida məhsullarına xərclədikləri kimsəyə sirr deyil. Araşdırmamızın nəticəsi olaraq gəldiyimiz qənaət budur ki, Rza Zərrabdan başlayaraq, Kəmaləddin Heydərova qədər uzanan xətdə Aynur Camalqızı, həyat yoldaşı İlqar, “TransBroker” MMC-nin sahibi Əbülfəz Məlikov, “AzTexnika” MMC-nin rəhbəri olan Əhəd Rzanın yer alması heç də təsadüfi deyil. Əvvəla ortalıqda ciddi rəqəmlərlə müşayət edilən kapital var, ikincisi isə öhdəlik. Mənbənin  verdiyi məlumatda “TransBroker” MMC-nin sahibi Əbülfəz Məlikovun və “Teleqraf” MMC-nin sahibi – mütləqi Aynur Camalqızının həyat yoldaşı İlqarın gömrükdə olduqca ciddi əlaqələrə sahiblənmələri, ölkə iqtisadiyyatına ən böyük zərbədir. 1-ci ona görə ki, bu monopolistlərin ölkə xaricində və daxildəki monopolist siyasətlərinin nəticəsi kimi ölkədə ərzaq məhsulları qonşu İrandan kifayət qədər bahadır. Çünki Azərbaycan vətəndaşı bu monopolistlərin maneçiliyi nəticəsində ölkəyə ötən yazıda qeyd edlən məhsulları gətirmək imkanında deyillər. Əgər buna cəhd edilsə belə, ya məhsul ölkəyə buraxılmır, ya da məhz Əbülfəz Məlikov və İlqarın rəhbərlik etdikləri şirkətlərin vasitəsilə gömrükdən keçə bilər. Hər iki şirkət qiymət diqtəçisi olduğu üçün yenə də qiymət siyasətində dəyişən heç nə olmur. 2-ci isə məlum qruplaşma sərhəddən yalnız özlərinn məsləhət etdikləri məhsulları idxal edirlər. Son xəstəliklər seriyasına nəzər salanda və yaradıcı səbəbin ərzaq olduğu qeyd edildiyi halda gözlər önünə məlum qruplaşma gəlir. Əldə edilən məlumatlara nəzər salsaq görərik ki, qrup o qədər irəli gedib ki, hətta dünya səviyyəsində ciddi mübarizə aparlan məhsullar belə ölkə gömrüyündən idxal edilir. Əvvəla onu qeyd edək ki, bu gün dünyanın diqqət mərkəzində olan və ABŞ-da keçrilən məhkəmə prosesinin “qəhrəmanı” iranlı iş adamı Rza Zərrabla Kəmaləddin Heydərovu birləşdirən səbəb nədir. 

1. Rza Zərrab məhz İran dövlətinin qara pullarını yumaqla məşğul olduğu üçün bu dövlət ona geniş imkanlar tanıyıb. Yəni Zərraba İran dövlətinin iqtisadiyyatına təsir etmə gücü verilib.

2. Kəmaləddin Heydərov həmişə güclünün yanında durmaqla, özünün güclü olduğu qənaətini yaradıb. İranla Azərbaycan arasındakı məsafə digər ölkələrə, hətta Türkiyəyə nisbətən böyük olmadığı üçün yol xərci avtomatik azalır.

3. İrandan ölkəyə idxal ediləcək məhsulun çeşidində və göndərilməsində hər hansı problemin faizi 0-dır.

4. Mütəmadi alıcı funksiyasında olduğu üçün əks tərəflə bu çeşid məhsulların başqa şirkətlərə verilməməsi anlaşması mümkündür. Və s.


Bəs bu situatsiyada Aynur Camalqızına verilən rolun məqsədi nədir? Xatırladaq ki, Aynur Camalqızı düşərgə dəyişməyi, sifarşi tərəddüdsüz yerinə yetirməyi məharətlə bacaran şəxsdir. Öncə ultra radikal müxalifət düşərgəsində Ulu öndər və cənab prezidentlə bağlı açıq tekstli təhqirlər, indi isə “fövqəlnazirin” himayəsində monopolist biznes – ledi. Hətta ölkə iqtisadiyyatınada, siyasətində cənab prezidentin atdığı addımları Kəmaləddin Heydərovun aktivinə belə yazmaqdan da çəkinmir. Belə ki, Türkiyə Cumhuriyyətinin Prezidenti R.T.Ərdoğanla, RF prezidenti Putinin münasibətlərinin düzəldilməsi kimi gülünc iddianın müəllifi də məhz Aynur Camalqızıdır. Həyat yoldaşı İlqara tapşırılan görəvdən dolayı “avro 4” standartlarına mane olma hərəkətləri də bu xanımı ön plana çıxartdı. Bəs nədən Aynur Camalqızı Rza Zərrabın rəhbərlik etdiyi qrupa daxil edildi? Sözsüz ki, Kəmaləddin Heydərov külli miqdarda kapitalı məhz öz əlaltıları vasitəsilə toplayıb. Belə ki, çevrənin böyüklüyü kapitalın çoxluğu deməkdir. Konkret Rza Zərraba gəldikdə isə yuxarıda qeyd edildiyi kimi adam İran iqtisadlyyatında əhəmiyyətli rola malik olub. Şərt əksər qrup rəhbərlərinin Rza ilə əl-ələ görüşməsi deyil. Bu iş üçün görəvləndirlən “AzTexnika” MMC-nin rəhbəri Əhəd Rzadır. Qrupun digər üzvləri isə böyük biznesdəki özləri üçün müəyyən edlmiş rolun ifaçılarıdırlar. 

Xatırladaq ki, mənbənin BakuNews.az-a verdiyi məlumat kriminal süjetlərlə zəngin olan əsl təhlükəli filmləri də xatırladır. Redaksiyaya daxil olan məlumatda qrupun maye sabun adı ilə gömrükdən keçirdikləri kimyəvi məhsulun adı əslində “Antlhidrat turşusu”dur. Dünya çaplı narkobaronlar öz laborotoriyalarında bu kimyəvi turşunun hər tonundan 500 kq dünyanın ağ ölüm adlandırdıqları heroin əldə edirlər. Maraqlıdır görəsən Rza Zərrabın da yer aldığı qrupa bu kimyəvi turşu nədən lazım olub? Onu da dəyərli oxucularımızın diqqətinə çatdıraq ki, Gürcüstan üzərindən Avropaya göndərilən və içərisində 7 ton “Antlhidrat turşusu” olan tir bir neçə il öncə Bolqarıstanda saxlanılmışdı. Lakin bu məsələdə Azərbaycanın adı hallanmadı. Mənbənin məlumatına görə cinayətkar aləmdə “kürd Derej” ləqəbli avtoritetin müdaxiləsi ilə tir “razılaşdırılaraq” sərhəddən buraxıldı. 

Məsələnin ən qəribə tərəfi isə son bir neçə ildə prosesə Bakı Gömrük idarəsinin rəisi Vüsal Novruzovun mane olma cəhdləridir. Xatırladaq ki, Vüsal Novruz Kəmaləddin Heydərovun qadağalarını mütəmadi olaraq gizlində pozan şəxslərdəndir. Aynur Camalqızının həyat yoldaşı İlqarın və “TransBroker” MMC-nin sahibi Əbülfəz Məlikovun Heydərov tərəfindən səlahiyyətləndirilməsi sözsüz ki, Vüsal Novruzovu narahat edən səbəblər içərisindədir. Elə ona görə də müxalif düşərgə yaxınlığı ilə seçilən və məlumatlarının dəqiqliyi şübhə doğurmayan şəxs vasitəsilə Vüsal Novruzov, xaricdən yayımlanan “Azərbaycan Saatı”ında, “Azadlıq” qəzetinin baş redaktoru, hal-hazırda Fransada yaşayan Qənimət Zahidin vasitəsilə “AzTexnika” MMC-nin rəhbəri Əhəd Rza – Rza Zərrab münasibətləri ilə bağlı süjetin getməsinə nail oldu. Əslində Vüsal Novruzov həmin məlumatın yayılması ilə onu oyundankənar mövqedə qoyanlara mesaj verirdi: Prosesin kimlə başladılıdığını bilirəm. Çünki bundan öncə məhz gömrük əməkdaşı Səfər Mehdiyev də Vüsal Novruzovun badına getmişdi. Sumqayıt tekstlin monopoliyasını həyata keçirən Mehdiyev general Novruzovun ölkəyə gizli tekstil idxalının ilk qurbanı oldu. Heydərov Mehdiyevi görəvindən almaqla cəzalandırdı. Novruzovun hərəkəti əslində oyunpozanlıq idi. Buna səbəb kimi də İlqar – Məlikov cütlüyünə verilən rol idi. Novruzov ölkəyə qaçaq tekstili gətirməklə Heydərova həmin şəxslərin onun qədər ayıq-sayıq olmadıqlarını əyani şəkildə göstərmək istəyirdi. Lakin Heydərov nə Novruzovu, nə də Əbulfəz – İlqar qrupunu cəzalandırmadı. Çünki bu Rza Zərrabla başlanan prosesə ziyan vura bilərdi. Gizli və təhlükəli iqtisadiyyatda məlumatlı üzvlərin tez-tez dəyşdirilməsi normal qarşılanmır. Əvəzində öz sahəsinə doğru – düzgün nəzarət edə bilməyən Səfər Mehdiyev cəzalanıdırıldı. Sumqayıt tekstilin monopoliysı əlindən alındı. 

Ölkədən çıxarılan 33 milyard dollar vəsaiti aparan təyyarə Prezidentin müvafiq fərmanı ilə atrıq ləğv edilmiş MTN-nin tələbi ilə geri qaytarıldı. Və... 

Mövzuya qayıdacağıq. 

(BakuNews.az)

Redaksiya yazıda adı çəkliən şəxslərində fikirlərini dərc etməyə hazırdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam